Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Hüseyniyyə" məscidini Karlar Cəmiyyəti bağlatdırıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidin bağlanmasına aydınlıq gətirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Hüseyniyyə” ibadət evinin bağlanması ilə bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətindən Simsar.az saytına daxil olan məlumatda deyilir ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Yasamal küçəsi, 37-də yerləşən Hüseyniyyə (“Qurangah”) adlandırılan ibadətxana əslində Azərbaycan Karlar Cəmiyyətinin 4 saylı Tədris-İstehsalat Müəssisəsidir: “Namazxana cəmiyyət rəhbərliyinin razılığı olmadan fəaliyyət göstərib. Cəmiyyətin prezidenti Tapdıq Xalıqov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məktubla müraciət edərək “Qurangah”ın yerləşdiyi sahənin cəmiyyətin balansında olduğunu və ibadətxananın hər hansı sənəd olmadan fəaliyyət göstərdiyini, hətta qarşısında nəzir qutuları quraşdırılaraq qanunsuz pul əldə edildiyini bildirib.

Məktubda qeyd olunub ki, Azərbaycan Karlar Cəmiyyətinin Mərkəzi İdarəsinin nəzdində fəaliyyət göstərən daimi komissiya dəfələrlə həmin əraziyə baxış keçirib. “Qurangah” adlanan həmin sahənin qanunvericiliyin tələblərinə uyğun olmasını təsdiq edən sənədlər tələb olunmasına baxmayaraq sənədlər komissiyaya təqdim edilməyib, həmin sahənin fəaliyyətinin dayandırılmasına dair göstərişlərə məhəl qoyulmayıb. Müraciətdə “Qurangah”ın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığı ilə bağlı məlumat verilməsi xahiş olunub”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Karlar Cəmiyyətinə cavab məktubunda həmin ünvanda hər hansı dini icmanın dövlət qeydiyyatından keçmədiyi və bu səbəbdən “Qurangah”ın fəaliyyətinin qanuna zidd olduğu qeyd edilib: “Çünki “Dini etiqad azadlığı haqqında” qanunun 12-ci maddəsinə əsasən, dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən, həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər”.






11 Yanvar, 2012  19:07 Baxılıb: 1145 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner