Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Media açarı” üç nəfərə verildi

Hüseynbala Səlimov, Vüsalə Əlibəyli və Rafiq Əliyev qalib elan olundular 

Yanvarın 10-da Avropa otelində “Media açarı-2011” mükafatının təqdimat mərasimi keçirilib. Modern.az saytının məlumatına görə, təqdimat “Frontline” Bakı Klubunun yaradılmasına hazırlıq çərçivəsində keçirilən ikinci tədbir kimi baş tutub.

KİV rəhbərləri, media ekspertləri, hüquqşünasların iştirak etdiyi tədbirdə “Diffamasiyya haqqında” qanun layihəsi və medianın digər problemlərilə bağlı fikir mübadilsəi aparılıb.

Daha sonra “Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi “Media açarı-2011” mükafatının təqdimatı olub.

“İlin şərhçisi” nominasiyası üzrə aktual mövzularda analitik yazıları və fərqli müəllif baxışına görə müstəqil jurnalist Hüseynbala Səlimov qalib olub.

“İlin ən yaxşı araşdırmaçı jurnalisti” nominasiyası üzrə dərinliyi, zənginliyi və aktuallığı ilə ictimai rəydə iz qoymuş jurnalist tədqiqatına görə Vüsalə Əlibəyli (“Azadlıq” radiosu) qalib seçilib;

“İlin media adamı” nominasiyası üzrə ictimai müzakirələrə təkan vediyinə, jurnalistlər üçün yeni mövzu, baxış və ideyalar mənbəyi rolunda çıxış etdiyinə görə Azərbaycan Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyev qalib elan olunub.

“İlin reportyoru” nominasiyasi isə heç kimə verilməyib.

Bildirilib ki, nominasiya qalibləri münsiflər heyətinin qərarına əsasən müəyyənləşdirilir. Lakin bu dəfə təsisçilər həm də media mütəxəssisləri, bu sahəyə yaxın insanların arasında kiçik sorğu da keçiriblər.

“Media açarı” mükafatı 1995-ci ildən verilir.






10 Yanvar, 2012  21:37 Baxılıb: 1295 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner