Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Paytaxtda nəqliyyatın hərəkəti ilə bağlı müşavirə keçirilib

Bu gün Azərbaycan Nəqliyyat Nazirliyində Bakı şəhərində nəqliyyatın hərəkətinin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib.

Nazirlikdən Simsar.az-a verilən məlumata görə, tədbirdə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin və digər qurumların nümayəndələri iştirak ediblər.

Nəqliyyat nazirinin müavini Musa Pənahovun rəhbərlik etdiyi müşavirədə nəqliyyatın mövcud problemləri - paytaxtdakı tıxaclar, onların yaranma səbəbləri, yol-hərəkət qaydalarının pozulması halları və onların qarşısının alınması yolları müzakirə edilib. M.Pənahov çıxış edərək son zamanlar nəqliyyat-yol kompleksində həyata keçirilmiş iri layihələr, əldə edilmiş nailiyyətlər barədə danışıb.

Nazir müavini nəqliyyatda yaranmış problemlər və onların həlli yolları məsələsinə də toxunub. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov da eyni mövzuda çıxış edərək fikirlərini bildirib.

Sonra nəqliyyatdakı problemlərin həlli ilə əlaqədar yaradılmış işçi qrupunun təklifləri nəzərdən keçirilib, baxılması üçün müvafiq orqanlara göndərilib. Müzakirələr zamanı Nəqliyyat və Daxili İşlər nazirliklərinin birgə fəaliyyət göstərməsi ilə yanaşı həm də bu tipli görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.






10 Yanvar, 2012  20:54 Baxılıb: 992 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner