Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hava yağmursuz olacaq

Atmosfer təzyiqinin xeyli tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir

Yaxın 2 gündə ölkə ərazisində əsasən, yağmursuz hava şəraiti proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar Bürosundan Simsar.az-a verilən məlumata görə, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında dəyişkən, buludlu, əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər duman, axşam havanın tutqun olacağı, cənub-qərb küləyinin gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı proqnozlaşdırılır. Gecə 4-6 dərəcə, gündüz 7-10 dərəcə isti müşahidə olunacaq. 


Rayonlarda əsasən, yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər duman, qərb küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Temperatur göstəricilərinə gəldikdə, Mərkəzi Aranda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda və dağətəyi rayonlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 isti gözlənilir.


Yanvarın 11-də paytaxtda dəyişkən, buludlu havanın arabir tutulacağı, amma gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman çiskin, axşam yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 3-5 dərəcə, gündüz 6-11 dərəcə isti gözlənilir.


Rayonlarda yanvarın 11-də əsasən, yağmursuz hava şəraiti, gecə və səhər bəzi yerlərdə duman çiskin, axşam bəzi yerlərdə yağıntı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur Mərkəzi Aranda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda və dağətəyi rayonlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.


Qeyd edək ki, yanvarın 10-dan 12-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, atmosfer təzyiqinin xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.






9 Yanvar, 2012  16:08 Baxılıb: 963 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner