Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

20 yanvar şəhidlərinin anım tədbirlərinə hazırlıq başlayıb

Ötən illərdən fərqli olaraq, bu il ziyarətçilər əbədi məşəl kompleksinə eskalatorla qalxacaqlar

20 yanvar faciəsinin 22 illik ildönümü yaxınlaşır. Hər il olduğu kimi, bu il də ziyarətçilərin sayının çox olacağı gözlənilir. Şəhidlər Xiyabanını ziyarət edənlərin rahatlığını təmin etmək üçün artıq hazırlıqlar başlanıb. Ötən illərdən fərqli olaraq, bu il ziyarətçilər əbədi məşəl kompleksinə eskalatorla qalxacaqlar.

20 yanvar hadisələrin 22-ci ildönümü ilə əlaqədar anım tədbirlərinə hazırlıq başlayıb. Yanvarın 20-də respublikada bayraqlar endiriləcək, avtomobillərin hərəkəti dayandırılacaq, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləcək. Anım tədbirlərinə hazırlıq çərçivəsində Şəhidlər Xiyabanında abadlıq işləri həyata keçirilir. Hər il olduğu kimi, Şəhidlər Xiyabanına minlərlə insanın ziyarət ediləcəyi gözlənilir.

Ziyarət edənlərin məzarlar və əbədi məşəl kompleksinə əklillər qoyduqdan sonra insanların hərəkətini rahatlaşdırmaq üçün abidəyə araran pilləkanlarda eskalator quraşdırılır. Abadlıq işlərinə hələlik əsasən Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olunub.

Xatırladaq ki, hər il faciənin il dönümündə Bakı Şəhər Dövlət Yol Polisi Şəhidlər Xiyabanına aparan yolları bağlayır. Bakı Metropolitenində isə günorta saatlarınadək gediş haqqı pulsuz olur.






8 Yanvar, 2012  03:47 Baxılıb: 1116 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner