Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sərnişinlər təyyarələrdə mobil telefondan istifadə edə biləcək

"Azərbaycan Hava Yolları" QSC-nin təyyarələrinin göyərtəsində mobil rabitədən istifadə aprel ayında mümkün olacaq.

Bu barədə "Azerfon" şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev deyib.

Fərzəliyevin sözlərinə görə, abunəçilər bu xidmətlərdən texniki sınaqların başa çatmasından sonra istifadə edə biləcəklər.

Layihə "Azerfon"un "Azərbaycan Hava Yolları" QSC və İsveçrənin "OnAir" şirkəti ilə imzaladığı sazişə müvafiq olaraq həyata keçirilir.

Layihənin texniki həlli "Airbus" və SİTA (Aviasiya üçün İT-həll provayderi) tandeminə əsaslanan və məxsus olan "OnAir" şirkəti tərəfindən yerinə yetirilib.

Xidmət "Airbus"un 11 və "Boeing"in 4 təyyarəsinin göyərtəsində işə salınacaq. Təyyarələrin göyərtəsində səs rabitə xidmətləri, SMS və məlumatötürmə xidmətlərindən istifadə etmək mümkün olacaq.

Xidmətlərin qiyməti operatorun rouminq xidmətləri üzrə qüvvədə olan tariflərinə müvafiq olacaq./trend






7 Yanvar, 2012  17:21 Baxılıb: 1028 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner