Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı-Böyük Kəsik dəmir yolunun daha 11 kilometri təmir olunacaq

Sabah Biləcəri-Heybət mənzilində 1250 metr yolun əsaslı təmirinə başlanılacaq

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km-lik yolun əsaslı təmirini davam etdirir. “Azərbaycan Dəmir Yolları”nın mətbuat katibliyindən Simsar.az-a verilən məlumata görə, sabah yanvarın 7-də Biləcəri-Heybət mənzilində 1250 metr yol əsaslı təmir olunacaq.

Biləcəri-Heybət mənzilinin 528-518-ci kilometrində start götürəcək təmir işləri, günaşırı olmaqla, yanvarın sonunda başa çatacaq və 11 km yol əsaslı təmir olunacaq.

Qeyd edək ki, təmir işləri Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi Layihəsi” çərçivəsində Çexiya “Eximbank”ının 215 milyon avro məbləğində ayırdığı kredit hesabına həyata keçirilir. Təmir işləri 2011-ci ilin iyunundan başlanıb və indiyədək 40,1 km yol əsaslı təmir olunub. Yolların əsaslı təmiri prosesini Çexiya bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.






7 Yanvar, 2012  01:04 Baxılıb: 1008 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner