Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DİAQNOSTİKA MƏRKƏZLƏRİ ARDNŞ-dən ALINDI

Ayrı-ayrı qurumlara məxsus klinikaların Səhiyyə Nazirliyinə verilməsinə başlanılıb

Azərbaycan Nazirlər Kabineti Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan səhiyyə müəssisələri ilə bağlı sərəncam verib.

Sərəncama əsasən, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin balansında olan Mərkəzi Neftçilər Xəstəxanası, habelə Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala və Şamaxı Müalicə-Diaqnostika Mərkəzləri onlara məxsus olan daşınmaz və daşınar əmlakla birlikdə Səhiyyə Nazirliyinin balansına verilib. Sərəncama əsasən, Sosial İnkişaf İdarəsinin balansında olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisi də Səhiyyə Nazirliyinə verilib.

Sərəncamda Səhiyyə Nazirliyinə tapşırılıb ki, adı çəkilən xəstəxana və müalicə-diaqnostika mərkəzlərində çalışan işçilərin əmək münasibətlərinin tənzimlənməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün.






6 Yanvar, 2012  21:49 Baxılıb: 1641 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner