Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

QMİ-nin arxivi Bakıya gətirildi

“Şeyxülislam Hacı Allahşükür Paşazadənin şəxsi təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin arxiv sənədləri Tiflisdən Bakıya gətirilir”.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Arxivin rəhbəri, tarix elmləri doktoru, professor Anar İsgəndərli deyib. 

A. İsgəndərli qeyd edib ki, 2 ildən artıqdır, Qafqaz Müsəlmanları İdarəsinin 1823-1918-ci illəri əhatə edən arxivinin Azərbaycana gətirilməsi ilə bağlı iş aparılır: “Həmin müddətdə idarə Tiflisdə fəaliyyət göstərib. Artıq 4 min səhifəyə qədər arxiv sənədi Bakıya gətirilib. Ancaq sənədlərin hamısının əslinin gətirilməsi çox çətindir. Lakin bu istiqamətdə də işlər görülür”.

Arxivin rəhbəri bildirib ki, QMİ-nin əməkdaşları vaxtaşırı Tiflisə, Gürcüstan Mərkəzi Dövlət Arxivinə ezam olunur: “Əsas odur ki, arxivdə Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı hansı sənədlərin yerləşdiyi artıq bizə məlumdur. Bu məsələdə Şeyxülislamın şəxsi münasibətləri də mühüm rol oynayır, iş uğurla davam etdirilir”.

A. İsgəndərli QMİ-nin müfəssəl tarixinin yazılması istiqamətində işlərə başlanıldığını da deyib: “Bu sənədlər kitab şəklində nəşr olunacaq. Yaxın illərdə kitabın nəşr olunmasına çalışırıq”.

Qeyd edək ki, 1823-cü ildə çar Rusiyasında Qafqaz (Zaqafqaziya) şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində şeyxülislam vəzifəsi təsis edilib. Bundan 9 il sonra - 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də yaradılıb. Şeyxülislamın rəhbərlik etdiyi idarənin nəzdində şiə, müftinin rəhbərlik etdiyi idarənin nəzdində isə sünni ruhani idarələri 1872-ci il 5 aprel tarixli çar fərmanı ilə təsis edilib və 1917-ci ilin fevralına qədər fəaliyyət göstərib. 1823-cü ildən bu günə kimi 12 şeyxülislam və 11 müfti olub.






5 Yanvar, 2012  22:29 Baxılıb: 983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner