Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

Nazirlər Kabineti Təhsil Nazirliyinə əlavə 54 yer ayırıb

Azərbaycanın Təhsil Nazirliyi doktorantura və dissertanturaya keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə APA-ya Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova bildirib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin xətti ilə fəlsəfə proqramı üzrə doktoranturaya büdcə vəsaiti hesabına 285 nəfər, ödənişli əsaslarla 110 nəfər qəbul olub. 


Dissertanturaya isə büdcə vəsaiti hesabına 248 nəfər, ödənişli əsaslarla 146 nəfər qəbul edilib. G. Hüseynova deyib ki, elmlər doktoru proqramı üzrə doktoranturaya 68 nəfər qəbul olunub: “O yerlərin sayı az idi, ona görə də elmlər doktoru proqramı üzrə doktoranturaya əlavə yerlər istənilməyib”.


Şöbə müdiri qeyd edib ki, Azərbaycan Nazirlər Kabineti Təhsil Nazirliyinə dissertantura üzrə əlavə 54 yer ayırıb.

Yerlərdən 31-i büdcə vəsaiti hesabına, 23-ü ödənişli əsaslarladır. Belə ki, doktoranturada plan yerlərinin sayı 345 nəfər olsa da, əlavə yerlər hesabına dissertanturaya daxil edilən şəxslərin sayı 394 nəfər olub.






5 Yanvar, 2012  19:27 Baxılıb: 1317 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner