Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Dağlarda və dağətəyi rayonlarda qar yağacaq

Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

Yaxın 2 gündə ölkə ərazisində dəyişkən, buludlu hava şəraiti gözlənilir. Dağlıq və dağətəyi rayonlarda qar, sulu qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar bürosundan Lent.az-a verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında səhər və gündüz dəyişkən, buludlu, əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə bəzi yerlərdə yağıntılı hava olacağı, mülayim şimal küləyinin gündüz cənub küləyi ilə əvəzlənəcəyi gözlənilir. Temperatur göstəricilərinə gəldikdə, gecə 1-3, gündüz 5-7 dərəcə isti müşahidə olunacaq.


Azərbaycanın rayonlarında gündüz əsasən, yağıntılı olacağı, qərb küləyinin əsəcəyi proqnozlaşdırılır. Dağlıq və Dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Mərkəzi Aranda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti proqnozlaşdırılır.


Yanvarın 5-də paytaxtda buludlu, əsasən yağmursuz hava şəraiti, mülayim cənub küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Bakıda gecə 2-4 dərəcə, gündüz 6-9 dərəcə isti müşahidə olunacaq.

Bölgələrdə yanvarın 5-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman proqnozlaşdırılır. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Mərkəzi Aranda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti gözlənilir.

Qeyd edək ki, yaxın 2 gün ərzində meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişli sayılır.






3 Yanvar, 2012  19:37 Baxılıb: 992 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04