Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

31 DEKABR- DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜDÜR

50 milyonu birləşdirən bayram bir sıra ölkələrdə qeyd olunur

Bu gün – Dünya Azərbaycanlılarının Həmrəyilik günüdür. Bu günün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstambulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans Dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

Dünyada yaşayan 50 milyondan çox azərbaycanlını özündə birləşdirən Həmrəylik günü bir sıra ölkələrdə qeyd olunur.

Ötən dövrdə dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi, məzmunca zənginləşdirilməsi üçün xeyli iş görülüb. Azərbaycanlıların həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və arzulardan əməli işə çevrilib, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılıb. Azərbaycanlıların yığcam yaşadığı ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün məqsədyönlü fəaliyyət göstərilib. 2001-ci ilin noyabrında Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Dünya azərbaycanlılarının I qurultayı qarşıda duran vəzifələri müəyyənləşdirib, azərbaycanlıların öz milli dövləti - Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesinə güclü təkan verib, milli birlik ideyasının inkişafında mühüm rol oynayıb. Qurultaydan sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıb, soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanun qəbul edilb.

Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi Vətəni, ümid və istinad yeridir. Odur ki, Avropada, Amerikada, Asiyada və digər qitələrdə yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərindən kənarda qalmamaq, onların aradan qaldırılması işinə elliklə kömək göstərməkdir. Qarabağ dərdi xalqımızın göynəyən yarasıdır. Bütün dünya azərbaycanlıları sözü bir yerə qoyub səylərini birləşdirsələr, bu ağrılı problemin həllini daha da yaxınlaşdıra bilərlər.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də soydaşlarımız çox iş görə bilərlər. Həmvətənlərimizin bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi əziz tutmaq, milli hüquqlarımızı qorumaqdır.

Simsar.az saytı dünya azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, doğma Azərbaycanımıza nurlu gələcək arzulayır!






31 Dekabr, 2011  05:26 Baxılıb: 1344 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner