Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ARDNŞ-nın sıralarına 313 yeni işçi qoşulub

Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən elan olunan vakansiyalara müraciət edən və müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərlə görüş keçirilib.

Simsar.az-ın şirkətin rəsmi saytına istinadən verdiyi məlumata görə, Birlik tərəfindən elan olunmuş “Təmirçi-çilingər”, “Əl ilə qaynaqda elektrik qaynaqçısı” və “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” vakansiyaları üzrə 640 nəfər iş üçün müraciət edib. Peşə sınaq imtahanı və aparılan fərdi müsahibədən keçmiş 313 namizəd qəbul olunub, nisbətən aşağı nəticə göstərmiş 100 nəfər isə kadr ehtiyatı bazasına daxil edilib.

Görüşdə çıxış edən İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli işə yeni qəbul olunanları təbrik edib: “Dövlət Neft Şirkətində bilikli, bacarıqlı, səriştəli peşəkar kadrlara hər zaman iş imkanı vardır”.

Tədbirdə müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər test, peşə sınaq imtahanı və müsahibə prosesinin şəffaf keçirildiyini, neqativ halların baş vermədiyini söyləyiblər və yaradılmış şəraitə görə şirkət rəhbərliyinə minnətdarlıq ediblər.






29 Dekabr, 2011  21:21 Baxılıb: 1071 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner