Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bayramda hansı yollar bağlanacaq?

Bakıda bayram günlərində hərəkətin məhdudlaşdırılacağı küçə və yollar məlum oldu

Bakıda Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar bəzi küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, dekabrın 31-də saat 18:00-dan etibarən Bakı-Astara yolunun 14-cü kilometrliyindən Bayıl qəsəbəsi və paytaxtın mərkəzi küçələri istiqamətində, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü ilə Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri və Azneft dairəsi istiqamətində, Bakı 3-cü kənar Dairəvi yolun Mikayıl Müşfiq küçəsi kəsişməsindən (maşın bazarının yanından) Parlament prospekti və Badamdar qəsəbəsi istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Eyni zamanda, Dənizkənarı Milli Park boyu Neftçilər prospekti istiqamətinə fasilələrlə, kəsişən ətraf küçələrdən avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Məqsəd Dənizkənarı Milli Parkda keçiriləcək bayram tədbirlərinə qatılan şənlik iştirakçılarının təhlükəsizliyini təmin etmək, bu istiqamətdə nəqliyyat sıxlığının və tıxacların yaranmasının, yol qəza hadisələrinin baş verməsinin qarşısını almaqdır.

İdarə bayram günlərində əhalidən şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir.

Vaqif Əsədov bildirib ki, Bakı yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

trend






29 Dekabr, 2011  21:03 Baxılıb: 1034 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner