Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əvəz Zeynallı Eynulla Fətullayevi rədd etdi

"Cəmiyyət elə hesab edə bilər ki, bütün jurnalistlər E.Fətullayev kimidir"

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı hüquq müdafiəçisi, “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəhbəri Eynulla Fətullayevlə görüşməkdən imtina edib. Qeyd edək ki, Ə.Zeynalli həbsindən dərhal sonra E.Fətullayevlə görüşmək istədiyini bildirmişdi. E.Fətullayev mətbuata açıqlamasında Ə.Zeynallı ilə görüşəcəyini, məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyini bildirmişdi.

Ə.Zeynallı hesab edir ki, onun bu mövqeyi ilk növbədə həbsdə olan söz düstaqlarının müdafiəsini baltalayır: “Artıq bundan sonra cəmiyyət elə hesab edə bilər ki, bütün jurnalistlər E.Fətullayev kimidir. Müdafiə olunduqları müddətdə xalqın, azadlıqda olduqları müddətdə hakimiyyətin mövqeyini ifadə edirlər. Ona görə də jurnalistlərin müdafiəyə ehtiyacı yoxdur. Bir vaxtlar “Xural” qəzeti olaraq, həmçinin Şahvələd Çobanoğlu kimi yazarların mütəmadi E.Fətullayevin müdafiəsində iştirak etməsinə baxmayaraq, bu gün onun verdiyi bəyanatlarla və tutduğu mövqe ilə razılaşmırıq. Mən də həmkarlarımın mətbuatdakı tənqidi fikirlərilə razılaşıram və E.Fətullayevlə görüşməkdən imtina edirəm”. 
Bu yaxınlarda digər hüquq müdafiəçilərini görüşə dəvət edəcəyini vurğulayan Ə.Zeynallı bildirib ki, azad söz uğrunda mübarizəni hər şərt və müstəvidə davam edəcək.
Sonda qeyd edək ki, Ə.Zeynallıya ailə üzvləri ilə görüşə icazə verilib. Bu haqda “Yeni Müsavat”a baş redaktorun həyat yoldaşı Məlahət Zeynalova məlumat verib.






29 Dekabr, 2011  19:29 Baxılıb: 1009 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner