Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışında iştirak edib

İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə mərkəz haqqında məlumat verdi. Bildirildi ki, 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Koreya Respublikasının "SK C&C" şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda bu mərkəzin tikintisinə başlanmışdır.

Qeyd edildi ki, şəhərdə nəqliyyatın hərəkəti beşmərtəbəli inzibati binadakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə ediləcəkdir.
İntellektual idarəetmə zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada 600 rəqəmsal görüntünü əks etdirən çox böyük monitor quraşdırılmışdır. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür.

Bildirildi ki, mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin kameralarının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılacaqdır.

Dövlətimizin başçısı mərkəzin fəaliyyəti ilə bağlı təqdimata baxdı. Qeyd edildi ki, mərkəzin əsas funksiyası məlumatların toplanması və məlumat bazasının formalaşdırılması, mövcud vəziyyətin təhlili və optimallaşdırılması, məlumatların istifadəçilərə ötürülməsi, avtomatik rejimdə göstərişlərin verilməsi və yerinə yetirilməsinin müşahidəsindən ibarətdir.
Nəqliyyatı intellektual idarəetmə sistemində istifadə olunan avadanlıqla tanışlıq zamanı bildirildi ki, dayanacaqlarda quraşdırılan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Nəqliyyatda tətbiq olunacaq vahid ödəniş sistemi isə sərnişinlərin rahatlığını artıracaqdır.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.






29 Dekabr, 2011  19:18 Baxılıb: 795 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner