Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Moldovanın Ermənistana silah satması ilə bağlı yeni qalmaqal

Ali Təhlükəsizlik Şurasının katibi Yuri Rikiçinski izahat üçün parlamentə dəvət olunub

Moldovada Ermənistana silah tədarükü ilə bağlı yenidən qalmaqal baş qaldırıb. Simsar.az-ın "Nezavisimaya qazeta"ya istinadən verdiyi məlumata görə, çərşənbə axşamı Ali Təhlükəsizlik Şurasının katibi Yuri Rikiçinski prezident səlahiyyətlərini icra edən Marian Luöuya ünvanlanmış məktuba aydınlıq gətirmək üçün parlamentə dəvət olunub. 

Qəzet yazır ki, 40 ton silah-sursatın artıq sentyabrda alıcıya çatdırılması təkcə Kişinyovda deyil, eləcə də MDB ölkələrində qalmaqala səbəb olub. Söhbət təbii ki, Latviya və Azərbaycandan gedir. İlk olaraq Latviya belə bir şübhəli ticari əməliyyatda iştirak etdiyini boynuna almayıb. Məsələ həmçinin Bakıda da narazılıqla qarşılanıb.

Moldovalı baş nazir Vladimir Filat hər iki ölkənin rəsmiləri ilə görüşərkən məsələnin həqiqətdə necə olduğuna aydınlıq gətirmək məcburiyyətində qalıb. Kişinyovda bu satışın yuxarıların göstərişi ilə həyata keçirildiyini açıq şəkildə etiraf etdiyinə görə Milli Ordunun komandanı, Baş Qərargah rəisi, briqada generalı Yuri Dominik vəzifəsindən azad edilib. Ölkə rəhbərliyi isə bu alqı-satqıdan xəbərsiz olduğunu bildirib.

Qalmaqala təkcə alış-satış haqda olan razılaşma deyil, eləcə də malların çeşidləri də səbəb olub. Müdafiə Nazirliyi öncə deyib ki, Ermənistana köhnəlmiş, istifadəyə yararsız silah növləri satılıb. Lakin sonradan məlum olub ki, Merkuleştı hərbi aerodromundan nəqliyyat təyyarələrinə döyüşə yararlı silah-sursat yüklənir.

Omerga agentliyi yazır ki, Ermənistana gizli satılan silahlar arasına Milli ordunun da malik olduğu ən bahalı nümunələr yer alıb: “Kobra” 9В862, 9В863 nəzarət-yoxlama raket kompleksləri, “Konkurs-M” tank əleyhinə raket kompleksləri, “Faqot”, “Konkurs”, “Şturm-S”, “Metis” raketləri var. Satılan silahların bazar qiyməti 5 milyon dollardan çoxdur. Müdafiə naziri Vitali Marinutsa parlamentdə çıxışı zamanı bu silahların 3 milyon 250 min dollara satıldığını deyib.

Bu da məsələnin araşdırılması üçün xüsusi parlament komissiyanın yaradılmasına əsas olub. Müqavilənin icrası dayandırılıb, bu həftənin çərşənbə axşamı kommunist fraksiyasından deputat Aleksandr Petkov Ali Təhlükəsizlik Şurasının katibindən izahat tələb edib. Yuri Rikiçinski izahat verməkdən imtina edib, buna cavab olaraq deputatlar Rikiçinskini bu vəzifəyə təyin olunmazdan əvvəl prezidentin şəxsi mühafizəsinin rəisi olduğunu xatırladaraq onu dövlət başçısının göstərişi ilə hərəkət etməkdə ittiham ediblər.

Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin eksperti Viorel Çibotaru bildirib ki, qalmaqalın yaranmasına səbəb Ermənistana silah satışının parlamentdən gizli keçirilməsi və ən əsası Kişinyovun bununla bağlı Bakı ilə ilkin danışıqlar aparmamasıdır. Bundan başqa silahın hansı marşrutla çatdırılacağı barədə əfsanə uydurulmayıb və nəticədə Latviya ilə anlaşılmazlıq yaranıb. Qalan məsələlər isə beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib. Moldova silah satmaq, o cümlədən siyahda qeyd olunan silahları satmaq hüququna malikdir.

Qeyd edək ki, bir müddət öncə Moldovanın Ermənistanla gizli silah sövdələşməsinin üstü açılıb. Ölkənin müdafiə naziri Vitali Marinusa yerli parlamentdə dinləmələr zamanı silah alveri faktını təsdiq edib. Silahların iri yük təyyarəsi ilə Kişinyovdan İrəvana çatdırıldığı iddia edilir. Moldova hökuməti bəyan edib ki, hərbi texnika satışından xəbəri olmayıb. Amma hərbçilər bildirib ki, hökumətin təlimatı ilə hərəkət ediblər.






29 Dekabr, 2011  18:16 Baxılıb: 1003 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner