Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

DİN poliklinikasının keçmiş rəisinin başına bir neçə santimetrdən atəş açılıb

Azərbaycan Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasının keçmiş rəisinin ölümü ilə bağlı yeni faktlar açıqlanıb.

Yasamal rayon prokuroru Həsrət Pirməmmədov APA-ya açıqlamasında bildirib ki, artıq mərhumun başına hansı məsafədən atəş açıldığı müəyyənləşib. Prokuror deyib ki, ekspert rəyinə əsasən, sabiq polis polkovnik-leytenantı Namiq Ələkbərov bir-neçə santimetr məsafədən açılmış atəş nəticəsində dünyasını dəyişib. H. Pirməmmədov hazırda məlum ölüm faktı ilə bağlı zəruri əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini bildirib: “Atəşin hansı məsafədən açılması hadisənin intihar və ya qətl olduğunu deməyə əsas vermir. Buna görə də hazırkı mərhələdə bir söz demək çox çətindir. Cinayətin açılması istiqamətində zəruri olan bütün versiyalar üzərində iş aparılır. Hadisənin qətl olduğu müəyyənləşəcəyi təqdirdə cinayət işinin maddəsi qəsdən adam öldürmə maddəsinə tövsif olunacaq”.

Qeyd edək ki, dekabrın 13-dən 14-ə keçən gecə Yasamal rayonu Əhməd Cəmil küçəsi, 83 saylı binanın qarşısında naməlum kişi meyiti aşkarlanıb. Araşdırma nəticəsində meyiti tapılan şəxsin 50 yaşlı Namiq Fikrət oğlu Ələkbərov olduğu müəyyənləşib. Mərhum başından aldığı güllə yarasında ölüb. Meyitin yanında “Makarov” tipli tapança da aşkar edilib. Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət işi açılıb, istintaq davam etdirilir.

N. Ələkbərov Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasının rəisi olub, bir neçə il əvvəl təqaüdə çıxıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, sabiq polis polkovnik-leytenantı Namiq Ələkbərov Bakının Nəsimi rayonunda yaşayıb. Ailə üzvlərinin istintaqa verdiyi ifadəsinə görə, N. Ələkbərov dekabrın 14-ü saat 01.30 radələrində evdə kompyuterdə işləyirmiş. Hələlik istintaqa məlum olmayan səbəbdən o, ailə üzvlərinə də heç bir söz demədən evdən çıxıb. Bunu görən mərhumun həyat yoldaşı ondan hara getdiyini soruşub. N. Ələkbərov isə narahatlığa əsas olmadığını, bir azdan qayıdacağını deyib. Təxminən iki saat sonra - saat 03.30 radələrində N. Ələkbərovun meyiti Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 83 saylı binanın qarşısında tapılıb. Onun başından aldığı güllə yarasından öldüyü müəyyənləşib.

İlkin ehtimala görə, mərhum N. Ələkbərov yaşadığı evdən meyitinin tapıldığı ünvana taksi, yaxud başqa nəqliyyat vasitəsi ilə gedib.






29 Dekabr, 2011  17:26 Baxılıb: 1031 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner