Dünya bazarında neftin qiyməti aşağı düşüb
Simsar.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, qiymət dolların məzənnəsinin qalxması və ABŞ-da neft ehtiyatlarının həcminin açıqlanması fonunda ucuzlaşıb.
Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 1,98 dollar düşərək 99,36 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 1,73 dollar ucuzlaşaraq 107,54 dollar təşkil edib.