Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

31 dekabrda Bakıda ictimai nəqliyyat necə işləyəcək?

Bayram ərəfəsində bəzi nəqliyyatvasitələri gücləndirilmiş iş rejimində çalışacaq

Yeni ilə və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə 2 gün qaldı. Görəsən, yeni il gecəsi Bakıda ictimai nəqliyyat necə işləyəcək?

31 dekabrda paytaxtda şəhərdaxili nəqliyyatın iş rejimində hələlik heç bir dəyişiklik nəzərdə tutulmayıb.

 Bakı Sərnişinnəqliyyat MMC-nin sərnişindaşıma şöbəsinin müdiri Yunis Abdullayev Simsar.az-a açıqlamasında bildirdi ki, yeni il gecəsi paytaxtda tədbir təşkil edilərsə, o zaman ola bilər ki, ictimai nəqliyyatın iş rejimi uzadılsın və şəhərdaxili avtobuslar gecə saatlarında da işləsin. Lakin bu barədə hələlik onlara heç bir rəsmi göstəriş verilməyib.

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalı isə hər il olduğu kimi bu il də dekabrın 26-dan gücləndirilmiş iş rejiminə keçib. Avtovağzalda fəaliyyət göstərən “M.Trans” şirkətinin iqtisadiyyat və ictimaiyyət şöbəsinin müdiri Mətləb Abidi ANS PRESS-ə açıqlamasında əsasən hüquqi şəxslərlə razılaşdığını bildirdi. Avtovağzal rəsmisinin sözlərinə görə, bayram ərəfəsində xəttə əlavə olaraq onlarla avtobus buraxılıb. Belə ki, əlavə hansı bölgədə sərnişin sıxlığı yaranarsa, həmin istiqamətdəki xətlərə marşrutlar əlavə olunacaq. Bayram olmasına baxmayaraq, avtobusların gecə saatlarında yola çıxmasına icazə verilməyəcək.

M. Abidinin sözlərinə görə, bayram günlərində biletlərin qiymətində heç bir dəyişiklik olmayacaq: “Baxmayaraq ki, son 3 gündür sərnişin sıxlığı yaranıb, bilet baxımından hələlik ciddi problemlər yaşanmır. Adi günlərdə 4500 sərnişin idisə, son üç ərzində onların sayı 9 minə çatdırılıb. Sərnişinlərin nəzərinə çatdırıram ki, avtovağzalda biletlərin qiymətində heç bir artım yoxdur və ola da bilməz. Sadəcə sərnişinlərdən xahiş edirik ki, getmək istədikləri istiqamətə biletləri imkan dərəcəsində əvvəlcədən alsınlar”.

31 dekabrda Bakı Metropoliteni də gücləndirilmiş iş rejimində çalışacaq. Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədov ANS PRESS-ə açıqlamasında bildirdi ki, hələlik 31 dekabrda metronun saat neçəyə qədər işləməsi barədə dəqiq göstəriş verilməsə də, bayram günlərində sərnişin sıxlığı nəzərə alınacaq. “Onsuz da hər gün gərgin və gücləndirilmiş iş rejimində çalışırıq. Amma hələlik rəhbərlik tərəfindən 31 dekabrda metronun saat neçəyə qədər işləyəcəyi dəqiqləşməyib. Paytaxtda keçiriləcək tədbirlər planına uyğun olaraq ola bilsin metro səhərə qədər, ola bilsin ki, gecə 1 yaxud 2-yə qədər işləsin”.

Metro rəsmisinin sözlərinə görə, Bakı Metropoliteni sərnişin daşımalarını təmin etməyə həmişə hazırdır. Bunun üçün depoda “qaynar ehtiyat” adlı ehtiyat nəqliyyat vasitələri var.

Xatırladaq ki, adi iş günlərində Bakı Metropoliteni saat 06:00-dan 00:00-a qədər işləyir.

Azərbaycan Dəmir Yolları qapalı səhmdar cəmiyyəti də bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək. Cəmiyyətin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov ANS PRESS-ə açıqlamasında bildirdi ki, ölkədaxili ən çox sərnişin sıxlığı qərb istiqamətində müşahidə olunur.

 Belə ki, dekabrın 29-u, 30-u və yanvarın 2-si və 3-də daha çox sərnişin sıxlığı olan istiqamətlərdə əlavə Bakı-Böyük Kəsik və Bakı-Mingəçevir qatarları xəttə buraxılacaq. Bundan başqa, Gürcüstan istiqamətində də sərnişin sıxlığı müşahidə edilir. Nadir Əzməmmədov bayram günlərində tələbatın daha çox ölkədaxili reyslərə artdığını, beynəlxalq reyslərə isə əksinə azaldığını deyir.






29 Dekabr, 2011  15:54 Baxılıb: 1145 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner