Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

PKK Suriyaya köçür

Bəşər Əsəd hakimiyyəti razılıq verib

PKK terror təşkilatının rəhbərliyi Şimali İraqdakı Qəndil dağlarından Suriyaya köçəcək.

 Simsar.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə kəşfiyyat orqanları məlumatlar əldə edib. 

PKK-ya hazırda faktiki rəhbərlik edən Murat Karayılan və ətrafı Türkiyə ordusunun Kazan vadisi və Hakkari hücumundan sonra keçirdiyi əməliyyat nəticəsində terror təşkilatına böyük zərbə vurulmasından və bu əməliyyatların Şimali İraqda da keçiriləcəyindən narahat olub. Türkiyə ilə Şimali İraq Muxtar Kürd Bölgə hökuməti arasında son dövrlər münasibətlərin yaxşılaşmasını qayğı ilə izləyən Murat Karayılan və ətrafındakı şəxslər Qəndil dağındakı düşərgələrin başqa ölkələrə köçürülməsi ilə bağlı Suriya və İran kəşfiyyatı ilə danışıqlara başlayıblar.

Bu təklifə Suriyanın məxfi “əl-Muhaberat” kəşfiyyat qurumu müsbət yanaşıb. Türkiyə kəşfiyyat orqanlarındakı mənbə bildirib ki, Bəşər Əsəd hakimiyyəti suriyalı müxaliflərin qurduğu Azad Suriya Ordusuna Türkiyənin dəstək verdiyini iddia edərək PKK terror təşkilatının bazalarının ölkədə yerləşdirilməsinə yaşıl işıq yandırıb. Məqsəd PKK terror təşkilatından Türkiyəyə qarşı istifadə etməkdir. Bəşər Əsədin atası Hafiz Əsəd də 16 il PKK terror təşkilatına sığınacaq verib, Türkiyəyə qarşı istifadə edib.






29 Dekabr, 2011  15:27 Baxılıb: 902 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner