Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sərhədçilər qar adamını tutublar (VİDEO)

İki metr boyu olan qəribə məxluq heyvanxanaya aparılıb

Rusiya Federasiyasının İnquşetiya Respublikasında sərhədçilər qar adamını tutublar. Simsar.az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, iki metr boyu olan qəribə məxluq meşədə aşkar edilib. Bu barədə məlumatı yerli KİV respublikanın əmək və sosial inkişaf naziri Baqaaudin Marşaniyə istinadla yayıb. 

"Bir necə gün öncə Çeyrax rayonunda ovçu ayının qoyunu götürərək meşəyə apardığını görüb. Ovçu onun arxasınca gedib və bir necə dəfə atəş açıb. Bundan sonra məxluq iki ayaqüstə qalxaraq, qaçıb və meşədə gizlənib. Bu gün isə sərhədçilər bu yerdə axtarış zamanı kiçik dərədə qəribə məxluq tapıblar", deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, məxluq heyvanxanaya gətirilib. Marşani qeyd edib ki, tutulan məxluq iki metr boyu, tünd rəngi olan qorillaya bənzəyir. "Ola bilər ki, o çox böyük dişidir. Adi qorilla ön əlləri üzərində dayanır. Bu isə insan kimi, şaquli dayanır. O, naməlum səslər çıxarır".

O, məxluqun çox qorxduğunu və əsasən ətlə qidalandığını qeyd edib.

Marşani bəzilərinin tapılan məxluqun qar adamı, bəziləri nəhəng meymun olduğunu dediklərini vurğulayıb. "Düzünü desəm mən heç vaxt belə bir şey görməmişəm. Bir necə gündən sonra Moskvadan mütəxəssislər gəlməli və qəribə canlını aparmalıdırlar".






29 Dekabr, 2011  15:19 Baxılıb: 1099 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner