Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Regionlarda internet istifadəçilərinin sayı artıb

Ən ucqar kəndləri nəzərə almaqla bu günlərdə daha 30 min abunəçi üçün genişzolaqlı internet xidmətindən istifadə imkanı yaradıldı.

“Azərbaycan Respublikasının regionlarında genişzolaqlı internet xidmətinin 2011-2013-cü illər üzrə İnkişaf Konsepsiyası”na uyğun olaraq “Aztelekom” İB tərəfindən tender keçirilmiş və alınmış ADSL və digər şəbəkə avadanlıqları bir sıra bölgə mərkəzlərində eyni zamanda 236 kəndə quraşdırılmışdır.

Görülmüş tədbirlər nəticəsində “Aztelekom.net” provayderinin respublikanın rayon və kəndlərində hal-hazırda 20000 sürətli internet istifadəçisi mövcuddur.

Ən ucqar kəndləri nəzərə almaqla bu günlərdə daha 30 min abunəçi üçün genişzolaqlı internet xidmətindən istifadə imkanı yaradıldı.

Bununla yanaşı, bir sıra özəl provayderlər bölgələrdə fəaliyyət göstərir və onların şəbəkəsinə 30.000 abunəçi qoşulmuş və əlavə 20.000 abunəçinin qoşulmasına şərait var. Beləliklə, konsepsiyaya uyğun olaraq, bölgələrdəki ADSL avadanlığının montaj tutumu 100.000 ədəddir.

“Aztelekom” İB tərəfindən infrastrukturun yenilənməsi istiqamətində aparılan islahatlar 2012-ci ildə regionlarda genişzolaqlı internetin tətbiqində əsaslı dönüş yaradacaq və “Aztelekom. net” internet provayderinin istifadəçilərinin sayının dəfələrlə artırılması gözlənilir.

“Aztelekom” İstehsalat Birliyi Azərbaycanda sabit rabitə şəbəkəsinin ən böyük milli operatorudur. Birliyin xidmət sahəsinə Naxçıvan MR və Bakı şəhəri istisna olmaqla, ölkənin bütün lokal telefon şəbəkəsi, beynəlxalq stansiya, sinxron-rəqəm iyerarxiyalı lifli-optik magistral şəbəkə, məlumatların ötürülməsi şəbəkəsi, CDMA şəbəkəsi ilə yanaşı, internet-provayder şəbəkəsi də aiddir.






29 Dekabr, 2011  15:03 Baxılıb: 1150 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner