Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

FAİQ AĞAYEVİN DOĞUM GÜNÜDÜR

“Ad günümü qeyd etməsəm də, hədiyyələri qəbul edəcəm”

Bu gün xalq artisti Faiq Ağayevin doğum günüdü. F.Ağayev Simsar.az-a açıqlamasında bildirib ki, ad gününü qeyd etməsə də, hədiyyələri qəbul edəcək. 

Adətən doğum günlərində konsert verən sənətkar bu dəfə gərgin iş qrafikində çalışacaq. “Bu gün işim çoxdur. Heydər Əliyev Fondunun kimsəsiz uşaqlar üçün “Buta Palace”də təşkil etdiyi tədbirdə iştirak edəcəm. Axşam saatlarında isə Heydər Əliyev adına sarayda təşkil olunan bayram konsertində olacam. Qalan vaxtımı öz evimdə anamla birgə keçirəcəm” deyə, cənab Ağayev qeyd edib. 

F.Ağayev doğum günündə daha çox anasından aldığı hədiyyələri sevdiyini deyib: “Anamın aldığı hədiyyələri daha çox bəyənirəm. Özüm isə insanlara gərəkli əşyaları hədiyyə almağı xoşlayıram, daha çox ev əşyalarına üstünlük verirəm”.

1971-cı də Bakıda dünyaya göz açan Faiq Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il “Bakı Payızı-88” Respublika müsabiqəsinin qalibi seçilib. Bu müsabiqədən sonra “Qızıl Payız-89” Respublika müsabiqəsində, beynəlxalq “Vitebsk-90” müsabiqəsində, beynəlxalq “Yalta-92” televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.

Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bundan sonra müğənninin professional səhnə həyatında yüksəliş mərhələsi başlayıb. 1996-cı ildən o, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin solistidir.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayev əməkdar artist fəxri adı alıb.

2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın xalq artisti fəxri adı verilib.

Simsar.az saytı F.Ağayevi ad günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, yeni zirvələr fəth etməyi arzulayır!






29 Dekabr, 2011  14:00 Baxılıb: 1549 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner