Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ekoloji Şuranın iclası keçirilib

İclası giriş sözü ilə Şuranın sədri Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov açdıqdan sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

Respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, bu sahədə ictimaiyyətin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və bu istiqamətdə effektivliyin təmin olunması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın növbəti iclası keçirilib. 

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Şuranın iclasında 3 məsələ müzakirəyə çıxarılıb.
İclası giriş sözü ilə Şuranın sədri Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov açdıqdan sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

Şurada müzakirə olunan birinci məsələ-Milli Park ərazilərinə girişin tənzimlənməsi ilə əlaqədar bir sıra qeyri-hökumət təşkilatları tərəfindən ETSN-yə daxil olmuş təkliflərlə bağlı Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə tədbir iştirakçılarına məlumat verib. Mövzu ətrafında fikirlər söylənilib, həmçinin Milli Parklarda elmi işçilərdən, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət Qəyyumlar Şurasının yaradılması, birgə monitorinqlərin keçirilməsi, turistlər üçün yeni marşrutların işlənib hazırlanması, ekoturistlərin Milli Park ərazilərinə fərdi anket qaydasının tətbiq edilməsi yolu ilə daxil olması məsələləri də müzakirə olunub.

Müzakirəyə çıxarılmış növbəti məsələ - “Avropa İttifaqının Qonşuluq Siyasəti Şərq Ölkələri və Rusiyanın Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi” layihəsi barədə layihənin ölkə üzrə baş məsləhətçisi Azər Qarayev məlumat verib və mövzu ətrafında müzakirələr aparılıb.

Şurada müzakirəyə çıxarılmış sonuncu - “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası” layihəsinin icra vəziyyəti ilə əlaqədar iclas iştirakçılarına məlumat verilib. Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) nümayəndəsi Elşad Əsgərov çıxış edərək reintroduksiya olunmuş ceyranların hərəkətinə siqnalötürücü vasitələrlə nəzarət olunduğunu və onların yeni ərazilərdə davamlı populyasiyasının formalaşdığını iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasın sonunda qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə bir sıra Milli Park və meşə ərazilərində, həmçinin reintroduksiya olunmuş ceyranların yayılma areallarını və hərəkət yollarını (quru və hava nəqliyyatı vasitəsilə) müəyyənləşdirmək üçün monitorinqlərin keçirilməsi qərara alınıb.






28 Dekabr, 2011  22:33 Baxılıb: 971 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner