Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Cənub bölgəsində yağışlar yağacaq

Hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir

Yaxın 2 gün ərzində ölkə ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar bürosundan Simsar.az-a verilən məlumata görə, dekabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən, buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Temperatur göstəricilərinə gəldikdə, gündüz 6-10 dərəcə, gecə 3-5 dərəcə isti müşahidə olunacaq. 

Dekabrın 30-da paytaxtda buludlu hava şəraiti gözlənilir. Səhər və axşam bəzi yerlərdə az yağış yağacaq. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-11 dərəcə temperatur proqnozlaşdırılır.

Bölgələrdə dekabrın 29-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Cənub və şərq rayonlarında çiskin gözlənilir. Mərkəzi Aranda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır. Dağlarda və dağətəyi rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Dekabrın 30-da Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir, bəzi rayonlarda duman, cənub rayonlarında, xüsusilə Lənkəran-Astara zonasında yağış proqnozlaşdırılır. Mülayim qərb küləyi əsəcək. Mərkəzi Aranda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti müşahidə olunacaq. Dağlıq və dağətəyi rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti gözlənilir.

Qeyd edək ki, meteoroloji amillərin zəif və mülayim tərəddüdü səbəbindən yaxın 2 gündə hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli sayılır






28 Dekabr, 2011  20:38 Baxılıb: 875 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner