Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ərəb ölkələri Türkiyə modelini seçir

İnqilab baş vermiş ölkələrdə hakimiyyətə islam demokratları gəlir

«Son zamanlar bir sıra ərəb ölkələrində, Mərakeşdə, Misirdə keçirilən seçkilərdə islam yönümlü partiyalar üstünlük qazanıb. Artıq Mərakeşdə keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyasının qələbə qazandığı bildirilir. 

Bu partiyanın adı Türkiyənin hakim partiyasının adı ilə eynidir. Həmin partiyanın lideri də dövlət idarəçiliyində Türkiyə modelinin tərəfdarı olduqlarını vurğulayıb. Bütün bunlar Türkiyənin nüfuzunun göstəricisidir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Tunisdə, Misirdə və Liviyada da islamçıların siyasi hakimiyyətə tam gəlməsi və yaxud koalisiya hökumət qurulması gözlənilir. Onun sözlərinə görə, Misirdə keçirilən ilkin seçkilərin nəticələri göstərdi ki, burada da islamçılar üstün mövqe qazanıblar.
«İslamçı adlandırılan qüvvələrin hakimiyyətə gəlişi həmin ölkələrin daxili-xarici siyasətində hansı dəyişikliklərə gətirib çıxaracağı və bütövlükdə dövlət idarəçiliyinin modelinə necə təsir göstərəcəyi geniş müzakirə mövzusudur. Bu ölkələrdə islamçı adlanan qüvvələrin hakimiyyətə gəlişi ilə yenidən teokratik dövlətlərin qurulma ehtimalı varmı? Bu, çox ciddi müzakirə olunur və proqnozlar müxtəlifdir. Bu gün həmin ölkələrdə teokratik dövlət idarəçiliyi üsulunun yaradılması ehtimalı çox aşağıdır. Və o ölkələrdə islamçı adlanan qüvvələrin siyasi hakimiyyətə gəlişi onların yenidən dini idarəçilik üsuluna qayıtmasına gətirib çıxarmayacaq. Türkiyədəki islamçı adlanan qüvvələrin oxşar siyasəti bu ölkələrdə də ola bilər. Amma əlbəttə ki, proseslər həmin dövlətlərin daxili işidir, xalqın seçimi ilə olan məsələdir» - deyə YAP İcra katibinin müavini qeyd edib.
M.Qurbanlı deyib ki, bu ölkələrdə proseslərin daha şəffaf, açıq şəkildə getməsi həmin xalqların xeyrinədir. Onun sözlərinə görə, xaricdən müdaxilə edilməzsə, geosiyasi maraqlar naminə həmin ölkələrdə daxili gərginliyi daha da qızışdırmaq xətti həyata keçirilməzsə, bu dövlətlərdə vəziyyət tədricən normala doğru inkişaf edə bilər.
«Uzun müddət bu ərazilərdə qərb dövlətləri müxtəlif formalarda öz maraqlarına uyğun siyasəti yeridiblər və bu gün də bunu görməkdəyik. Amma proseslərə müdaxilə olunmazsa, həmin ölkələrdəki islamçı qüvvələrin Türkiyə modelinə uyğun dövlət idarəçiliyi sistemini yaradacağını proqnozlaşdırmaq olar. Bunlar gələcəkdə daha aydın şəkildə özünü göstərəcək. Hadisələrin gedişi isə göstərir ki, həmin dövlətlər Türkiyə modelinə üstünlük verir»- deyə YAP İcra katibinin müavini vurğulayıb.






28 Dekabr, 2011  19:54 Baxılıb: 950 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner