Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Metyu Brayzanın səlahiyyətlərini müavini icra edir

"Senatın sessiyası başa çatmadığına görə Brayzanın Azərbaycanda səfir səlahiyyətləri qüvvədədir"

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Bakını tərk edəndən sonra onun səlahiyyətləri səfir müavini Adam Sterlinqə keçəcək. Dekabrın 28-də ABŞ səfirliyinin mətbuat xidmətindən Simsar.az saytına bildirilib ki, Senatın sessiyası başa çatmadığına görə Brayzanın Azərbaycanda səfir səlahiyyətləri qüvvədədir.

Səfirlikdən bildirilib ki, Senat Brayzanı səfir vəzifəsinə təsdiqləməsə, diplomat Azərbaycanı tərk edəcək: “Belə olan halda səfirin səlahiyyətləri onun müavininə keçəcək. Sterlinq səfirin səlahiyyətlərini müvəqqəti işlər vəkili statusu ilə icra edəcək. ABŞ Azərbaycana yeni səfir təyin edənə və yeni səfir Bakıda vəzifəsinin icrasına başlayanadək müvəqqəti işlər vəkili onun səlahiyyətlərini icra edəcək”.

ABŞ prezidenti Brayzanı 2010-cu il dekabrın sonunda, Senatın razılığı olmadan təyin edib. Bu cür təyinat bir il müddətinə qüvvədə olur.






28 Dekabr, 2011  19:46 Baxılıb: 853 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner