Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan və Türkiyə birgə hərbi müəssisə yaradır

Azərbaycan və Türkiyə müdafiə təyinatlı məhsulların ixracını həyata keçirmək üçün birgə müəssisə yaratmağı planlaşdırır.

Bu barədə Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatından (MKEK) məlumat verilib.

Birgə müəssisənin yaradılması məsələsi ötən ilin ortalarından müzakirə olunur. Tərəflərin bununla bağlı bir sıra təklifləri olub, hazırda həmin təkliflər Türkiyə Müdafiə Sənayesi Katibliyi və Azərbaycan Müdafiə Sənayesi Nazirliyində nəzərdən keçirilir. Növbəti ildə birgə müəssisənin yaradılması ilə bağlı müvafiq qərarın qəbulu gözlənilir.

MKEK-dən bildirilib ki, başlanğıcda yaradılacaq şirkət MKEK və MSN-in müəssisələrində istehsal olunan məhsulların ixracını həyata keçirəcək. Sonrakı mərhələdə isə müraciətlər əsasında digər firmalar öz məhsullarını bu şirkət üzərindən sata biləcəklər. Şirkət xarici bazarları öyrənəcək, marketinq təşkil edəcək, Türkiyə, Azərbaycan və digər ölkələrdə tenderlərə qatılacaq.

Məlumat üçün bildirək ki, APA bir müddət əvvəl Türkiyənin müdafiə naziri İsmət Yılmazın Bakıya səfəri zamanı birgə ixracat-satış fəaliyyəti ilə bağlı məsələnin müzakirə olunduğu barədə xəbər verib.

Qeyd edək ki, son iki ildə MKEK MSN-lə Azərbaycandan döyüş sursatları və silahların ixracına dair bir neçə müqavilə imzalayıb.

Simsar.az






28 Dekabr, 2011  19:41 Baxılıb: 816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner