Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ramiz Novruzov Rafael Dadaşova qarşı çıxdı

“İllərlə dövlətdən havayı pul alıb, teatrda yalnız çayxanada oturmaqla vaxt keçiriblər, indi işləmək üçün qırışıqları açılmır və başlayırlar şou yaratmağa .”

“Xalq artistlərinə xəbərdarlıq olunmasa, digər aktyorlar - fəxri adları olmayanlar, gənc aktyorlar onlara edilən heç bir iradı qəbul etməzlər. Bu, bütün dövrlərdə və yəqin ki, bütün ölkələrin teatr tarixində olub, var”. 

Bu fikirləri kulis.az-a açıqlamasında Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzov deyib. Ramiz Novruzovun sözlərinə görə, aktyor da bütün başqa iş yerlərində olduğu kimi, teatrın işçisidir, xəbərdarlıq da ala bilər, töhmət də: “Şükür ki, töhmətə gedib çıxmamışıq, direktordur, sağ olsun, xəbərdarlıq edib ki, bir də məşqə gecikməyək. Bəzən olur da, bilə-bilə gecikirsən, bəzən istəməyərəkdən, olur ki, bülletenə çıxmalı olursan. Bunlar hamısı teatr həyatına xasdır. Bir dəfə rəhmətlik Turabovun dövründə “Lənkəran xanının vəziri” tamaşasının məşqlərinə gecikmişdim. Rəhmətlik Həsən müəllim çağırdı məni, dedi ki, indi mən səninlə neyniyim, niyə gecikirsən? Mən də dedim ki, Həsən müəllim, şifahi xəbərdarlıq edin, yetər. Gülümsəyib bakılı ləhcəsi ilə şirinliklə dedi ki, “onda mən sənə şifahi xəbərdarlıq eliyirəm, bir də gecikmə ”.

Ramiz Novruzov vurğulayıb ki, bu xəbərdarlığın şişirdilməsi işləmək istəməyənlərin işidir: “İllərlə dövlətdən havayı pul alıb, teatrda yalnız çayxanada oturmaqla vaxt keçiriblər, indi işləmək üçün qırışıqları açılmır və başlayırlar şou yaratmağa .”






28 Dekabr, 2011  17:14 Baxılıb: 2008 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner