Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev həkimlərə yaradılan şəraitə uyğun işləməyi tapşırdı

Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonra açılışı çox gözəl hadisədir. 

Simsar.Az xəbər verir ki, bunu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olduqdan sonra çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, bura çox gözəl təmir olunub,ən müasir şərait yaradılıbdır.

“Yadımdadır, bir müddət bundan əvvəl mənə məlumat gəldi ki, bu institutun təmirinə böyük ehtiyac vardır. Dərhal göstəriş verdim, vəsait ayrıldı və qısa müddət ərzində institut yeni görkəm aldı. Çox gözəl, yaraşıqlı, işıqlı, rahat institut yaradılıbdır. Burada işləyənlər, burada gəlib biliklərini artıranlar üçün çox gözəl, müasir şərait yaradılmışdır. Bu, məni çox sevindirir”.

Prezident vurğulayıb ki, hər bir tibb ocağının tikilməsi, yenidən qurulması onu sevindirir.

“Xüsusilə bu institut. Çünki bu institut 1962-ci ildən mənim babam Əziz Əliyevin adını daşıyır. O, bu institutda rektor vəzifəsində işləyibdir. İnstitutun formalaşmasında, burada gözəl ənənələrin yaradılmasında onun çox böyük dəstəyi olmuşdur.

Əziz Əliyev həm gözəl peşəkar həkim, həm təşkilatçı, həm dövlət xadimi idi. Onun çoxşaxəli fəaliyyəti həm Azərbaycanda, həm Azərbaycandan kənarda yüksək qiymətləndirilirdi. İkinci Dünya müharibəsi zamanı - 1940-cı illərin əvvəllərində o, Dağıstana ezam edilmişdir. Dağıstanın rəhbəri vəzifəsində işləmişdir. Orada gördüyü işlər hələ də onu tanıyanların və onun haqqında eşidənlərin qəlbində yaşayır. Çox gözəl, təvazökar, xeyirxah insan idi. Əlbəttə, Azərbaycanda tibb elminin inkişafında, səhiyyə sisteminin təkmilləşdirilməsində onun çox böyük zəhməti, fəaliyyəti olmuşdur”.

Prezident qeyd edib ki, bu institutun çox böyük funksiyaları, böyük rolu vardır.

“Burada həkimlər biliklərini artırırlar, artırmalıdırlar. Buna böyük ehtiyac vardır. Xüsusilə indiki zəmanədə ki, Azərbaycanda səhiyyə sahəsində çox böyük islahatlar aparılır, yeni, gözəl müəssisələr, tibb müəssisələri açılır. Mən təkcə bu gün, bu gözəl institutun və ondan əvvəl Uşaq Nevroloji Xəstəxanasının təmirdən sonra açılışında iştirak edirəm. Diaqnostika mərkəzi əsaslı təmirdən sonra açılışa hazırdır.

Demək olar ki, elə ay yoxdur ki, Azərbaycanın hansısa bölgəsində yeni tibb müəssisəsi yaradılmasın, yaxud da, təmirdən sonra açılmasın. Həm bölgələrdə, həm Bakıda bütün tibb infrastrukturumuzu, maddi-texniki bazanı yeniləşdiririk, möhkəmləndiririk, yeni xəstəxanalar tikilir, yeni avadanlıq gətirilir. Bu gün Azərbaycanın xəstəxanalarında quraşdırılan avadanlıq dünyanın aparıcı klinikalarında olan avadanlıqdan geri qalmır. Yəni, bu avadanlıqla işləyən insanların peşəkarlığı artmalıdır”.

Prezident İlham Əliyev vurğulayıb ki, indi dünya tibb elmində çox böyük inkişaf, böyük irəliləyiş vardır.

“Əvvəlki dövrdə müalicə olunmayan xəstəliklər indi müalicə edilir. Həkimlərimiz də gərək öz biliklərini artırsınlar, beynəlxalq əlaqələr daha da gücləndirilməlidir. Bu institutda mühazirə oxumaq üçün xaricdən aparıcı tibb mərkəzlərindən qonaqlar dəvət edilməlidir. Bildiyimə görə, bu proses artıq başlanmışdır.

Biz elə etməliyik ki, Azərbaycan həkimləri artıq yaradılan müasir şəraitə uyğun fəaliyyət göstərsinlər. Biz yeni avadanlıqla yeni şəraitdə işləməyi, tibb elminin yeniliklərini bilməliyik. Xəstələrə çox gözəl xidmət göstərilməlidir”.

Dövlət başçısı qeyd edib ki, bu institutun Azərbaycanda səhiyyə sahəsində aparılan islahatların dərinləşməsi üçün çox böyük rolu vardır. Burada öz biliklərini təkmilləşdirən həkimlər qayıdıb öz xəstəxanalarında daha da uğurla və peşəkarlıqla xidmət etməlidirlər.

“Səhiyyə sahəsində aparılan islahatlar təkcə Azərbaycanda deyil, dünyada da artıq yüksək qiymətləndirilir. Bu yaxınlarda Dünya Səhiyyə Təşkilatının xətti ilə Bakıda keçirilən böyük tədbirdə bu qiymətlər səslənmişdir, statistik göstəricilər də onu göstərir. Uşaq, ana ölümü azalır, insanların ömrü uzanır. Əlbəttə, bunu şərtləndirən müxtəlif amillər vardır.

İnkişaf etmiş ölkələrdə də tibbi xidmət və tibbi qulluq insanın ömrünü uzadan ən vacib amillərdən biridir. Azərbaycanda da bu göstəricilər yaxşılaşır. Elə etməliyik ki, bu, daha da yaxşı olsun. Ona görə, diaqnozun düzgün qoyulması, müayinədən insanların mütəmadi qaydada keçməsi - bütün bu məsələlər çox vacibdir. İnsanların müalicəsi və sağalması üçün biz əlimizdən gələni etməliyik.

Azərbaycan dövləti bu məsələləri diqqət mərkəzində saxlayır. İldən-ilə səhiyyə məsələlərinə ayrılan xərclər artır. Halbuki etiraf etməliyəm ki, istədiyimiz səviyyədə deyil, daha da artmalıdır. Hələ ki, bu göstəriciyə görə biz inkişaf etmiş ölkələrdən geri qalmışıq. Ancaq biz tədricən bunu aradan qaldıracağıq.

Bizim maliyyə, maddi imkanlarımız artdıqca, əlbəttə, səhiyyə sahəsinə daha da çox investisiyalar qoyulacaqdır. Ancaq əgər müqayisə aparsaq, görərik ki, son bir neçə il ərzində səhiyyəyə ayrılan vəsait dəfələrlə artmışdır. Əsas odur ki, bu vəsaitdən səmərəli istifadə olunsun. Həm infrastruktur, maddi-texniki baza möhkəmlənsin, həm xidmət, peşəkarlıq lazımi səviyyədə olsun. O ki qaldı, müasir avadanlığa, bundan sonra da biz Azərbaycana ən müasir cihazları gətirəcəyik”.






28 Dekabr, 2011  16:47 Baxılıb: 875 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner