Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yeni ildə qar olmayacaq

Yaxın günlərdə hava şəraitinin ciddi dəyişkənliyi gözlənilmir.

Azərbaycanda Yeni il axşamı qar olmayacaq və hava mülayim keçəcək. Bu barədə çərşənbə günü Simsar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib.

Tağıyeva bildirib ki, yaxın günlərdə hava şəraitinin ciddi dəyişkənliyi gözlənilmir.

Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında gündüz 9-12 dərəcə isti proqnozlaşdırılır. Əsasən yağmursuz və dəyişkən buludlu hava şəraiti hökm sürəcək.

Tağıyeva bildirib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə temperatur 3-5 dərəcə intervalında dəyişəcək. Yanvarın 1-də isə dekabrın 31-nə nisbətən temperatur nisbətən enəcək. Gündüz Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə isti proqnozlaşdırılır.

Tağıyeva bildirib ki, dekbarın 31-i gecəyə doğru Azərbaycanın bəzi ərazilərində zəif duman olacaq. Onun sözlərinə görə, Azərbaycanın əksər rayonlarında dekabrın 31-i və yanvarın 1-i yağmursuz, mülayim hava şəraiti hökm sürəcək. Yalnız ölkənin cənub bölgəsində - Lənkəranda fasilələrlə yağış gözlənilir.

Dekabrın 31-də cənub, yanvarın 1-i isə mülayim şimal-şərq küləyinin əsəcəyi proqnozlaşdırılır.






28 Dekabr, 2011  16:10 Baxılıb: 938 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner