Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

9 deputat Orxan Kərimovun müdafiəsinə qalxdı

Onun azadlığı üçün prezidentə müraciət olundu

Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin sabiq müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimovun həbsdən zaminə buraxılması üçün 9 deputat bu gün Prezident İlham Əliyevə müraciət edib.

Bu barədə Modern.az saytına Orxan Kərimovun qardaşı Paşa Əlioğlu məlumat verib. Onun sözlərinə görə, deputatların imzaladığı müraciət Sabir Rüstəmxanlı vasitəsilə ölkə başçısına ünvanlanacaq.
Orxan Kərimovun zaminə buraxılmasını istəyən millət vəkilləri aşağıdakılardır:

Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Musa Quliyev, Çingiz Qənizadə, Fazil Mustafa, İqbal Ağazadə, İlyas İsmayılov, Nizami Cəfərov, Aqil Abbas.

Orxan Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma (passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. Orxan Kərimov Bakı İstintaq Təcridxanasında saxlanır.

Yeri gəlmişkən, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da dekabrın əvvəlindəBaş Prokurorluğa yazılı müraciət göndərərək Orxan Kərimovun həbsinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib, amma heç bir cavab almayıb.

Orxan Kərimov bu günlərdə həbsxanadan yazdığı məktubda bildirib ki, o, əsassız olaraq qanunsuz tələbə köçürmələri ilə bağlı cinayətdə suçlanır.

"2011-ci ilin iyun ayında mən həbs olunarkən 2009-cu ildə, yəni düz 2 il əvvəl (?!) rüşvət almağım ehtimalı əsas götürülmüşdü. Ortada isə konkret heç bir fakt və sübut yoxdur. Həbsim üçün əsas olaraq məşhur bir saxta sənəd alverçisinin, müxtəlif illərdə çoxsaylı vətəndaşları aldadaraq pullarını mənimsəyən və dələduzluğu heç istintaq üçün də sirr olmayan bir nəfərin hansısa qaranlıq məqsədlə (ehtimal ki, öyrədilərək) verdiyi ifadəsi götürülüb. Ən maraqlısı isə odur ki, bu şəxs “təhsil sahəsində xidmət göstərdiyi” vətəndaşlara özünü mənim adımla-Təhsil Nazirliyinin məsul əməkdaşı Orxan Kərimov kimi təqdim edirmiş (?!). Aldanan vətəndaşlar yalnız telekanallarda yayımlanan operativ videogörüntülərdə bu şəxsin O.Kərimov deyil, əslində tamam başqa biri olduğunu başa düşüblər. Bu faktlar da istintaqa çox yaxşı məlumdur. Ancaq ən təəccüblüsü odur ki, istintaq məhz belə bir şəxsə inanaraq məni həbs edib, istintaq altında təcridxanada saxlandığım 7 ay ərzində bu şəxsin qərəzli ifadəsindən başqa mənim “cinayətimi sübut edəcək” başqa heç bir əsas və fakt tapa bilməyib. Mənim özüm isə bu şəxsi ilk dəfə yalnız həbs olunandan sonra müstəntiqin kabinetində görmüşəm"-deyə O.Kərimov yazıb.






28 Dekabr, 2011  16:00 Baxılıb: 932 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner