Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kür çayı üzərində təhlükə

Çayın Qara dənizə axıdılması planlaşdırılıb

Türkiyədə “Beşikkaya” SES-nın tikintisi Cənubi Qafqazın ən böyük çayı olan Kürün istiqamətini dəyişməsi ilə nəticələnəcək. Simsar.az-ın “Nezavisimaya qazeta”ya istinadən verdiyi xəbərə görə, stansiyanın tikintisi nəticəsində Kürün Azərbaycan və Gürcüstan ərazilərindən axını dayanacaq və Xəzər dənizi əvəzinə çay Qara dənizə töküləcək. Qalmaqallı layihənin artıq hazır olduğu, lakin onunla bağlı məsələlərin Türkiyə parlamenti nümayəndələrinin Gürcüstana bu yaxınlarda reallaşdırdığı səfəri zamanı müzakirə edildiyi deyilir. Qəzet iddia edir ki, layihə həyata keçirilərsə bu bütün region üçün ekoloji fəlakətə səbəb olacaq. 

“Nezavisimaya qazeta” onu da əlavə edir ki, “Beşikkaya” SES-in Gürcüstanla sərhəddə Türkiyənin özünəməxsus relyefi və enerji obyektinin effektiv istifadəsi ehtiyacına görə fərqlənən Ərdəhan əyalətində tikintisinin Zaqafqaziyanın ən böyük su arteriyası hesab edilən Kürün axınını dəyişməsi ilə nəticələnəcək. Nəticədə isə Gürcüstan “əfsanəvi” çaydan məhrum olacaq, Azərbaycan isə güclü su defisiti ilə qarşılaşacaq. Belə ki, respublika üçün strateji əhəmiyyət kəsb edən Mingəçevir su anbarı Kür çayı hesabına doldurulur.

Tiflisdə nəşr olunan “Rezonansi” qəzeti isə bu məlumatı Türkiyənin adını açıqlamadığı, keçən həftə Gürcüstana səfər edən Türkiyə nümayəndə heyətinin tərkibində olan deputatlardan birinə istinad edərək dərc edib. Qəzetin yazdığına görə, bu SES layihəsi hətta prezident Saakaşvili ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşlərindən birində də müzakirə edildiyini yazıb.

Gürcüstan parlamentinin müxalif xristian-demokrat fraksiyasının rəhbəri Georgi Tarqamadze bildirib ki, bu SES-in tikintisi Gürcüstanın, Azərbaycanın və Türkiyənin özünün bəzi regionlarının ekoloji sistemlərində çox mənfi nəticələrə gətirib çıxaracaq. Onun sözlərinə görə, türkiyəli deputatlardan biri söz vermişdi ki, bütün regionu təhlükəyə atan bu layihənin qarşısının almaq üçün ümumi səylə çalışacaqlar.
Qəzet yazır ki, Türkiyənin bu layihədə əsas tapşırığı bəllidir. Ölkə enerji defisiti yaşayır və problemi həlli strateji olaraq su-elektrik stansiyalarının tikintisinə qoyulub. Gürcüstanın Yaşıllar partiyasının lideri Georgi Qaçeçiladze hesab isə hesab edir ki, bu tamamilə anormal ideyadır: “Kürün Gürcüstan üçün əhəmiyyətindən danışmayacağam, çay bütün ölkə ərazisindən axır və o olmasa yaranacaq problemlər aydındır. Belə bir layihəni ancaq bütün tərəflərin razılığından sonra həyata keçirmək olar. Əks halda bu üç regional subyekt arasında siyasi toqquşma yaradacaq və əlbəttə ki, həm də ekoloji fəlakət”.






28 Dekabr, 2011  15:39 Baxılıb: 969 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner