Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək olacaq

Bununla bağlı “Qanun”a dəyişiklik ediləcək

Azərbaycan vətəndaşları yeni şəxsiyyət vəsiqələri ilə gələcəkdə xarici dövlətlərə də səfər edə biləcəklər. Milli Məclisdən Sİmsar.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununa dəyişikliklərə bağlı xüsusi hissə əlavə olunub.Qanun layihəsində qeyd olunur ki, bu hal yalnız müvafiq beynəlxalq müqavilə bağlanılan xarici dövlətdə tətbiq oluna bilər.

Təklif olunan dəyişikliyə görə, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağladığı halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ökədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

Qanuna dəyişikliklərdə şəxsiyyət vəsiqəsinin 16 yaşına çatanadək və 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi növlərinin ləğv edilməsi nəzərdə tutulur.

Layihədə qeyd olunur ki, hər bir Azərbaycan vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır.

Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək.







27 Dekabr, 2011  21:42 Baxılıb: 1026 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner