Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

DÜNYANIN 8-Cİ MÖCÜZƏSİ BAKIDA - “KHAZAR İSLANDS” – FOTOSESSİYA

Xəzərdə 30 milyard manatlıq şəhər salınır

Xəzər dənizində misli görünməmiş şəhər salınır. 2010-cu ilin sonlarından icrasına başlanılan “Khazar İslands” (Xəzər adaları) adlı layihəsinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Layihəyə əsasən 40 süni adanın salınması nəzərdə tutulub.

Bakı şəhərindən 28 km məsafədə, Sahil qəsəbəsinin şimal-şərq hissəsində yerləşən ada şəhərə yol çəkilib, yolun ətrafına bahalı, hündür palma ağacları əkilib.

Tikinti işləri “Avesta” Konserni tərəfindən aparılır. Burada beynəlxalq standartlara cavab verəcək yaşayış binaları, ofislər, ticarət-əyləncə mərkəzləri, bir sözlə, insanın ehtiyacını təmin edəcək bütün şəraitlər təklif olunur. Qeyri-adi memarlıq üslubu, ekoloji təmiz, yaşıl bulvarlar və ən son texnologiyalarla təmin olunmuş yaşayış və qeyri-yaşayış sahələri şəhərin fərqliliyini hiss etdirir.

Tikintinin ərazisi 2 min hektarı əhatə edir. “Baş” adadan, iki paralel xətlə uzanan tikililərdən, onların boyunca çoxmərtəbəli binalar ucaldılmış kiçik adalardan və villalar üçün ayrıca adalardan ibarətdir. Kompleksin tikililəri və adaları körpülərlə birləşdiriləcək.

Hazırda 11 göydələndə və bir neçə sosial obyektlərdə tikinti işləri intensiv şəkildə davam etməkdədir.

Tikintinin birinci mərhələsinin başa çatması 2013-cü ilin sonuna planlaşdırılır.


Layihənin rəhbəri AVESTA konsernində satış müdiri vəzifəsində çalışır.

Bakı şəhərində doğulan Yelena Sidorenko Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2002-ci ildə bu ali məktəbi magistr pilləsində bitirib. 2004-2008-ci illərdə ANS TV-də aparıcı olub. Buradan getdikdən sonra 2010-cu ilin mayına qədər AF Holdinqdə kommersiya üzrə vitse-prezident vəzifəsində çalışıb.

Qeyd edək ki, AVESTA konserninin prezidenti Hacı İbrahim Nehrəmlidi. Konsern 1996-cı ildən fəaliyyət göstərir. Konsernin tərkibinə "Azər-Ross” MTK, “Günel LTD”MMC, “Həsən -96” MTK, “Hüseyn -94” Kiçik müəssisəsi, “İlkan”MMC, “Azər-Ross İk ”MMC və “SHIG INVESTMENT LTD” daxildir.

İ.Nehrəmli mətbuata açıqlamasında bildirib ki, “Khazar İslands” layihəsinin dəyəri 30 milyard manatdı. 2013-cü ildə şəhərdə 6 min insan yaşayacaq. İtalya mətbuatının yazdığına görə, dünyanın 8-ci möcüzəsi Azərbaycanda tikilir.

 






27 Dekabr, 2011  20:45 Baxılıb: 6971 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner