Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

XƏBƏRDARLIQ ALAN AKTYOR DİREKTORA “MÜHARİBƏ” ELAN ETDİ

“Şpaqanı axırda qınına mən qoyacam...”

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun xalq artistləri Rafael Dadaşov, Ramiz Novruzov və Məleykə Əsədova, eləcə də aktyor Tofiq Hüseynova xəbərdarlıq etməsi birmənalı qarşılanmayıb.

İ.İsrafilov Rafael Dadaşov və Məleykə Əsədovaya məşqə gecikdiklərinə, Ramiz Novruzova məşqə gəlmədiyinə, Tofiq Hüseynova isə tamaşa zamanı roluna söz əlavə etməsi səbəbindən xəbərdarlıq edib. Qeyd edək ki, xəbərdarlıq ötən həftə elan edilsə də, mətbuat bundan gec xəbər tutub.

Simsar.az-ın məlumatına görə, R.Dadaşov ona edilən xəbərdarlığa sərt etiraz edib.

“Rəhmətlik Stanislavski deyib ki, teatr asılqandan başlayır. Amma o dövrdə tamaşaçı teatra avtomobillə deyil, faytonla gəlirdi... Bəli, mədəniyyət, rahatlıq, müqəddəslik teatrın kandarından başlamalıdır. Amma bu gün biz çox əziyyət çəkirik. Yaşlı adamam, teatra avtomobillə gəlməyə məcburam. Teatr üçün bütün rahatlıq yaradılıb, amma ətrafında avtomobil saxlamaq üçün şərait yaradılmayıb. Hər idarənin, adi bir ofisin qarşısında işçilərin maşın saxlaması üçün yerlər ayrılıb, təkcə "Azdrama"dan başqa. Bu gün yollarda həmişə tıxaclar olur, güc-bəla ilə işə gəlib çatırıq, amma avtomobili saxlamaq üçün 4-5 dəfə "Azdrama"nın başına fırlanmalı oluruq” deyə, R.Dadaşov qeyd edib.

Xalq artisti əlavə edib ki, direktorun avtomobilindən başqa heç bir maşın içəri buraxılmır: “Sovetin dövründə teatrda bir-iki nəfərin maşını vardı, bir də o dövrdə Bakıda bu qədər maşın yox idi. Bu gün aktyorlar ordan-burdan pul qazanıb, maşallah, hərəsi bir maşın alıb altına qoyub. Mənə elə gəlir ki, teatrın rəhbərliyi bu problemin həllini tapmalıdır. Heç olmasa, teatrın sol tərəfindəki boş yeri maşınlarımızı saxlamaq üçün bir dayanacaq edəydilər. Ya da heç olmasa tamaşa vaxtı içəridə maşın saxlamağa bizə icazə versinlər”.

R.Dadadaşov onu da qeyd edib ki, bu gün Rafael Dadaşov kimi xalq artisti statusunda olan bir aktyora boş yerə, haqsızcasına "xəbərdarlıq" elan ediləndə, teatra yenicə qədəm basan aktyor bizə hansı hörməti göstərəcək? Xalq artisti hətta məşqə 10-15 dəiqəqə gecikibsə belə, ona rəsmi surətdə xəbərdarlıq vermək olmaz.

“Bəli, aktyorları vaxtilə Adil İsgəndərov cəzalandırırdı, amma o, böyük bir aktyor ordusunun memarı, ümumiyyətlə müasir Azərbaycan teatrının yaradıcısı idi. Yaşlı, təcrübəli, yüksək dövlət mükafatlarına layiq görülən sənətkarı gözdən salmaqla onların planı nədir, başa düşmürəm. Adama istədiyi rolu vermirlər, amma elə rol verirlər ki, məcbur olub ondan imtina edirsən. İmtina edəndə də, töhmət verirlər. Bizim elə vaxtımızdır ki, adımıza xüsusi tamaşalar hazırlanmalıdır. Çünki arxamızda minlərlə tamaşaçı ordusu var” deyə, xalq artisti bildirib.

R.Dadaşov deyib ki, böyük məmnuniyyətlə "Boy çiçəyi"ndə "Həsənzadə"ni, "Xanuma"da "Knyaz"ı oynamaq istəyirdim: “Nə üçün mənə vermədilər? Amma bunun əvəzinə mənə "Lənkəran xanının vəziri" tamaşasında iki kəlmə sözü olan bir rol veriblər, onu da səhnədə yerə uzadıb ayaqlarını şallaqlayırlar. Vallah, mənim kimi aktyorun bu rolu oynaması eyibdir. Mən bu barədə etirazlarımı açıq-aydın direktora bildirirəm. Belə getsə, teatrdan getməli olacağam. Bəlkə də İsrafil İsrafilov bunu özü belə istəyir. Çünki bir neçə gün əvvəl iclas oldu, mən direktora dedim ki, müqaviləmizin başa çatmasına nə qədər qalıb? O da soruşdu ki, getmək istəyirsən? Mən də cavab verdim ki, belə qərara gəlmişəm ki, gedim. Onda İsrafilov dedi ki, lap yaxşı, gedirsən, get. Mən də soruşdum ki, niyə maraqlanmırsınız ki, "xalq artisti" teatrdan nə üçün getmək istəyir? Nə üçün səbəbini bilmədən mənə "xəbərdarlıq" elan edib divara yapışdırmısınız? Bəlkə ölürdüm, ona görə 15 dəqiqə gecikmişəm. Əslində truppa müdiri məşqin olacağı barədə mənə əvvəlcədən məlumat verməyib.

Məşqdən 15 diqəqə əvvəl mənə bu barədə məlumat verib. Gürcü rejissorundan üzr istədim ki, mənə gec xəbər verdikləri üçün gecikmişəm. O da dedi ki, problem yoxdur. Sonradan truppa müdiri rejissordan tələb edib ki, xəbərdarlıq verilməsi üçün təqdimat yazsın. Yaxşı, xəbərdarlıq elan etmisən, çağır, səbəbini də soruş da”.


İşi belə qoymayacağını deyən R.Dadaşov bildirib ki, direktor müharibə istəyirsə, qoy belə olsun, amma şpaqanı axırda qınına mən qoyacağam...






27 Dekabr, 2011  19:55 Baxılıb: 1293 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner