Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

"Fars rejimi dindən maya tutur"

İslahatçı ruhani: "Allahın kitabı bunların əlində vasitədir"

Qum dini dairəsinin islahatçı ruhanisi, Mübariz Ruhanilər Birliyinin üzvü ayətullah Seyid Məhəmməd Musəvi Xoeyniha Tehran Universitetinin tələbələri ilə görüşdə ölkədəki vəziyyətdən və 2012-ci ilin parlament seçkisindən danışıb.

 Simsar.az saytının məlumatına görə, ayətullah islahatçıların parlament seçkisinə qatılmayacağını bəyan edib: “Bu gün çoxları nigaranlıqla bildirir ki, cəmiyyətimizdə əxlaq və dini etiqadın səviyyəsi əvvəlki illərlə müqayisədə dəhşətli dərəcədə aşağı düşüb, tənəzzülə uğrayıb. Hamımız iddia edirik ki, biz guya insanları və ölkəni islah etmək, cəmiyyətin əxlaq və dini etiqadını yüksəltmək istəyirik. Ola bilsin, bəziləri dedikləri bu sözə sadiqdirlər. Lakin sual yaranır ki, əgər belədirsə, bəs ortada niyə heç bir nəticə yoxdur və niyə heç kəs bu suala cavab vermir?

Hakimiyyətdəkilərə ən kiçik tənqid bildirənlərin təzyiq, təhdid, böhtan və söyüşə məruz qalması əxlaqa yer qoymayıb. Bizdə insanların sanki bir insan olaraq heç vaxt hörmət və ehtiramı yox imiş. Ölkədə insana hörmətlə yanaşma və onun hüquqlarına riayət edilməsi unudulub. İnsanlar yalnız qüdrət sahibi olduqları və ya hakimiyyətə yaxın olduqları təqdirdə hörmət sahibi olur, sayılırlar. Əks təqdirdə heç kəs onlara hörmətlə yanaşmır.

İş o yerə gəlib çatıb ki, mövcud vəziyyəti və hakimiyyətdəkilərə ən kiçik etiraz bildirən hər kəsi hər cür hörmətsizliyə məruz qoyur, söyürlər. Bunlar öz söyüşlərini adi bir hal kimi göstərmək üçün deyirlər ki, “Quran” da bəzi yerlərdə bəzilərini söyüb. Bir sözlə, bunlar öz çirkin əməllərini izah etmək üçün dindən maya tutur, dinin təlim-tərbiyə ilə bağlı qanunlarını istədikləri kimi təhrif edirlər. Allahın kitabı bunların əlində vasitədir.

Seçki məsələsinə gəldikdə isə mən öz fikrimi dəfələrlə bildirmişəm və demişəm ki, hakimiyyət islahatçıların qarşıdan gələn parlament seçkisinə qatılmasına imkan verməyəcək. İslahatçılar da mövcud vəziyyətlə seçkiyə qatıla bilməyəcəklər və qatılmamalıdırlar da. Axı onların yaxın dostları və silahdaşları, o sıradan da Musəvi və Kərrubi kimi şəxsiyyətlərin zindanda saxlandığı bir şəraitdə necə seçkiyə qatıla bilərlər?”






27 Dekabr, 2011  19:02 Baxılıb: 1076 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner