Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Elçibəyin qardaşı İlham Əliyevlə görüşmək istəyir

"Deyiləsi bir-iki sözüm var"

“Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu” layihəsi parlamentdə qəbul olunsa da, prosedura uyğun olaraq yaz sessiyasında növbəti səsvermənin keçirilməsi və qanunun qüvvəyə minməsi gözlənilir.

Məlum olduğu kimi, qanun konstitusiyanın 107-ci maddəsi ilə vəzifəsindən azad edilmiş (impiçment-red.) prezidentlər istisna olmaqla, əvvəllər prezident olmuş şəxslərə, yəni əvvəlki hər üç prezidentə şamil edilir. Qanuna görə, eks-prezidentlər və onların ailə üzvlərinə bir sıra imtiyazlar nəzərdə tutulub.
Mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev "Eks-prezidentlər haqqında" Qanuna münasibət bildirərkən dedi ki, bu qanun ailə üzvləri tərəfindən normal qarşılanıb: “Əslində bu qanun çoxdan qəbul olunmalı idi”. Elçibəyin ailə üzvləri ilə vaxtaşırı telefon əlaqəsi saxladığını deyən A.Əliyev “qocalıqdır, çox bayıra çıxmıram, ona görə də get-gəl az olur, amma telefon əlaqəsi daim var” söylədi. Onun dediyinə görə, Elçibəyin ailəsinin işıq pulu ödənəndən sonra elə ciddi problem yoxdur.
Qəzetimizə müsahibələrinin birində prezident İlham Əliyevlə görüşmək niyyətində olduğunu deyən A.Əliyev hələlik bu məqsədinə nail ola bilməyib: “Bir dəfə görüşlə bağlı müraciət etdim, Yasamal Rayon İcra Hakimiyyətinə dəvət etdilər. İcra başçısı hörmət-izzətlə məni qəbul etdi, soruşdu ki, nəyə ehtiyacın varsa de. Dedim ki, çox sağ olun, heç nəyə ehtiyacım yoxdur, sadəcə, prezidentin özü ilə görüşmək istəyirəm”.
A.Əliyevin sözlərinə görə, Prezident Administrasiyasında da olub: “Orda bir nəfərlə görüşdüm. Yaxşı da oğlanın biridir, alicənab adamdır. Şöbə müdiri Əli Həsənovla görüşəcəkdim, dedilər iclasa getdi. Amma onun müavini məni hörmətlə qarşıladı, söhbətləşdik. Çıxanda da dedim ki, prezidentlə görüşmək niyyətim yerində qalır. Orda da dedim ki, hansı vaxt qəbul etsə, mən hazıram”. A.Əliyev prezidentə nə demək istədiyini açıqlamadı: “Ona şəxsən deyiləsi bir-iki sözüm var. Mətbuat üçün deyil, yalnız özünə deyiləsi sözlərdir. Onun mənə münasibəti həmişə yaxşı olub. Şübhə etmirəm ki, rəhmətlik atasından sonra da o münasibətlər qalır. Sadəcə, məndə günah çoxdur, bir sözü deyirəm, işin üstünə düşmürəm”.






27 Dekabr, 2011  18:10 Baxılıb: 1049 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner