Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Kür” Qərargahı FHN-dən razıdı

Oqtay Gülalıyev nazir müavini ilə görüşüb

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevlə görüşüb. Qərargahdan Simsar.az-a verilən məlumata görə, FHN- nin məsul şəxslərinin iştirak etdiyi görüşdə 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının nəticələri, görülən işlər və fəlakət bölgəsində mövcud durum, eyni zamanda “Kür” Qərargahının hazırladığı “Kür daşqınlarının mülkiyyət hüquqlarına təsiri” mövzusunda hesabat müzakirə olunub.

O.Gülalıyev FHN-nin fəlakətdən əziyyət çəkən insanlara qayğısını yüksək qiymətləndirib.
O. Gülalıyev FHN- lə vaxtaşırı keçirilən görüş- müzakirələri təqdir edərək son zamanlar FHN tərəfindən vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlığın genişləndirməsini müsbət addım kimi dəyərləndirib.
Fövqəladə halar nazirinin müavini Orucəli Hacıyev dövlət başçısının tapşırığı ilə daşqın bölgəsində görülən işlərdən danışaraq bildirib ki, Nazirlər Kabinetinin 197 s saylı sərəncamına uyğun olaraq FHN- nin xətti ilə indiyə kimi 3143 ev tikilib, bu evlərin 2673- ü artıq istifadəyə verilib, qalan 470 ev isə yekunlaşmaq mərhələsindədir. Təmsil etdiyi nazirliyin cəmiyyət üçün həmişə açıq qurum olduğunu bildirən Orucəli Hacıyev vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa daim önəm verdiklərini söyləyib.

Fəlakət bölgəsində aparılan son işlərə görə FHN rəhbərliyinə təşəkkür edən Oqtay Gülalıyev qəzalı evlərə nazirliyin mütəxəssisləri tərəfindən obyektib baxış keçirilməsinin vacibliyini bildirib.
RUSLAN







27 Dekabr, 2011  17:58 Baxılıb: 1061 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner