Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan NATO-nun kəşfiyyat təyyarəsinə icazə vermədi

AWACS təyyarələrinin ölkənin hava məkanından keçməsinə icazə verilməyib

Azərbaycan NATO-nun Havadan Erkən Xəbərdarlıq və Nəzarət - AWACS (Airborne Warning And Control System) təyyarələrinin ölkənin hava məkanından keçməsinə icazə verməyib. Bu barədə APA-ya hökumətdəki mənbələrdən bildirilib.


Məlumata görə, bu yaxınlarda NATO tərəfindən Azərbaycana və Gürcüstana rəsmi müraciət olunaraq, AWACS təyyarələrinin Avropadakı bazadan Əfqanıstana uçuşu zamanı bu ölkələrin hava məkanından istifadəsi istənilib. Gürcüstan tərəfi buna rəsmi razılıq versə də, Azərbaycan hava məkanından AWACS-ların keçidinə icazə verməyib.


«Azərbaycan Əfqanıstana yükləri daşıyan təyyarələrə hava məkanından istifadə icazəsi verib. Lakin AWACS-lar hərbi-kəşfiyyat məqsədli təyyarələr olduğundan belə bir icazənin verilməsi mümkün deyil», - deyə mənbə vurğulayıb.


Məlumata görə, analoji hadisə bir il əvvəl də yaşanıb. O vaxt Əfqanıstandan Avropaya qayıdan Almaniyaya məxsus AWACS təyyarəsinin Bakıda enişinə icazə verilməyib.


Qeyd edək ki, ən son texnologiyalarla təchiz edilmiş, «uçan radarlar» sayılan AWACS-lar yüksəklikdə yüzlərlə kilometr uzaqlıqdan dost və düşmən təyyarələrini təyin edə bilir. Havada yanacaq doldurulması halında bu təyyarələr 24 saat uçuş həyata keçirmək imkanlarına malikdir. ABŞ-a məxsus AWACS-lar bir dəfədə 2 minə yaxın təyyarənin yerini, yüksəkliyini, sürətini göstərə və onları izləyə bilir. Telefon dinləmə, kəşfiyyat peykləri və digər vasitələrlə təyin edilmiş quru hədəfləri və məlumatlar AWACS vasitəsi ilə əməliyyatlara qatılan hücum təyyarələrinə ötürülə bilir.






27 Dekabr, 2011  16:59 Baxılıb: 933 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner