Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əfv sərəncamının icrasına başlanılıb

50-ci əfv sərəncamı ümumilikdə 92 məhkuma şamil edilib

Azərbaycan Prezidenti İlham Əliyevin dünən imzaladığı 92 məhkumun əfv olunması barədə sərəncamın icrasına başlanılıb. Simsar.az-ın məlumatına görə, Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov çərşənbə axşamı jurnalistlərə bildirib ki, bu, sayca 50-ci əfv sərəncamıdır. İndiyədək əfv sərəncamları ilə ümumilikdə 5314 nəfər əfv edilib.

"Bu, Prezidentin həmin şəxslərin ailələrinə etimadıdır. Ümid edirik ki, əfv olunanlar yenidən cinayət törətməyəcəklər", - Əlixanov deyib.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova jurnalistlərə bildirib ki, əfvlə bağlı müraciətlərə fərdi yanaşılır.

"Əfv olunanlar arasında yenidən cinayət törədənlər olduqca azdır. Bu da onu göstərir ki, Əfv Komissiyası seçimlərini düzgün edir", - ombudsman qeyd edib.

Əfv sərəncamının icrası jurnalistlərin iştirakı ilə həyata keçirilir. 6 saylı cəzaçəkmə müssisəsində 7 məhkum əfv edilib.

50-ci əfv sərəncamı ümumilikdə 92 məhkuma şamil edilib. Bunlardan 75 məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1-i şərti cəzadan, 2 məhkum islah işləri cəzasından, 14-ü isə cərimə cəzasından azad edilib.

Əfv olunanlar arasında bir sıra hüquq müdafiəçilərinin siyasi məhbus kimi təqdim etdiyi şəxslər də var. Bunlar xüsusi təyinatlı polis dəstəsinin sabiq komandiri 1995-ci il mart hadisələrinə görə, azadlıqdan məhrum edilmiş Nizami Şahmuradov, 2000-ci ildə dövlət çevrilişinə cəhdə görə məhkum edilmiş keçmiş Bakı şəhər prokurorunun sürücüsü Mehman Məmmədov və narkotik vasitələrin saxlanmasına görə cəza çəkən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Cabbar Savalanlıdır.






27 Dekabr, 2011  15:31 Baxılıb: 873 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner