Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İrəvan bazarlarında ölmüş heyvanların əti satılır

Ermənistanda Yeni il bayramı öncəsi əhali təşvişə düşüb

Ermənistanda bayramqabağı əhali təşvişə düşüb. Belə ki, bu ölkədə əhaliyə ölmüş at əti satırlar. Simsar.az-ın “Armtoday”a istinadən verdiyi məlumata görə, İrəvan bazarlarında sadə istehlakçılara mal əti adı altında ölü at əti təklif olunur. 

Bu barədə jurnalistlərə Ermənistan Kənd Təsərrüfatı Nazirliyi yanında Yeyinti məhsullarının təhlükəsizliyi xidmətinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Babken Pipoyan məlumat verib. Onun sözlərinə görə, hətta İrəvanın satış mərkəzlərində camaata mal əti adı ilə ölmüş heyvanların satıldığı yerlərin olduğu da məlum olub. O bildirib ki, bir çox bazarlarda vaxtı keçmiş və istifadəyə yararlı olmayan at əti mal əti adı altında camaata sırılır.

Bütün bunlar bir yana. Daha maraqlı fakt isə budur ki, bu ətlərin heç birinin lazımı sənədləri yoxdur. Bir çox hallarda isə köhnə dondurulmuş at əti əhaliyə təzə kəsilmiş mal əti adı ilə satılırmış. İndi erməni ictimaiyyətini yalnız bir sual düşündürür: görəsən, Yeni il qabağı süfrələrinə hansı əti bişirib qoyacaqlar?






27 Dekabr, 2011  03:36 Baxılıb: 948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner