Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ombudsmanın nümayəndələri müəssisədə xeyli qüsur aşkarlayıb

Döşəmələr daşdandır, kameralar balaca, asfalt örtüyü dağılıb

Birləşmiş Millətlər Təşkilatının “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Fakültativ Protokolu”na uyğun olaraq yaradılan Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsinə təkrar uzunmüddətli baxış keçiriblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, burada 50-dən artıq məhkumla, o cümlədən cərimə təcridxanasında saxlanılan şəxslərlə söhbət zamanı onlar müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyiblər. Məhkumlar məişət otağının yaradılmasını xahiş ediblər. 

Baxış zamanı bir sıra çatışmazlıqlar müəyyənləşdirilib. Belə ki, müəssisənin yataqxanalarının döşəmələri daşdandır, cərimə təcridxanasının bəzi kameralarının ölçüsü standartlara cavab vermir, həyətin asfalt örtüyü yaxşı vəziyyətdə deyil. Tibb hissəsində olan xəstə məhkumlar üçün istirahət otağının olmadığı da müəyyən edilib.

Saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Ombudsman ədliyyə nazirinə müraciət edərək, qeyd olunan tövsiyələrin yerinə yetirilməsi üçün tədbirlərin görülməsini xahiş edib.






27 Dekabr, 2011  00:13 Baxılıb: 859 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner