Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əfv olunanlar arasında bir AXCP üzvü, iki "OMON"-çu da var

Hüquq müdafiəçiləri onları siyasi məhbus sayıblar

Dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bəzi siyasi məhbuslar da azadlığa buraxılacaq. Bunlar gənc fəal Cabbar Savalanlı, 1995-ci ilin martında baş vermiş XTPD (“OMON”) hadisələrinə görə həbs edilən Nizami Şahmuradov və Mehman Məmmədovdur.

Cabbar Savalanlı, Nizami Şahmuradov və Mehman Məmmədov Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun (bu qurumda Səidə Qocamanlı, Novella Cəfəroğlu və Çingiz Qənizadə təmsil olunur) siyasi məhbus saydığı şəxslərdəndir. Qrup 27 şəxsi siyasi məhbus hesab edir ki, göründüyü kimi, onlardan 3-ü hazırkı əfvə düşüb.

Fevralın 5-dən həbsdə olan Cabbar Savalanlı narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinib. Sumqayıt Şəhər Məhkəməsi mayın 4-də onu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. İyulun 26-sı Sumqayıt Apellyasiya Məhkəməsi, noyabrın 29-da isə Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.

Simsar.az 






27 Dekabr, 2011  00:10 Baxılıb: 1431 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner