Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycandakı dini icmalara dövlət yardımı ayrıldı

QMİ-yə 2 milyon, 18 qeyri-İslam icmasına ümumilikdə 400 min manat vəsait verildi

Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nazirlər Kabineti Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) və 18 qeyri-İslam təmayüllü dini icmaya dövlət büdcəsindən maliyyə yardımı ayrılması barədə qərar verib.

APA-nın məlumatına görə, qərarla QMİ-yə 2 milyon manat, 18 qeyri-İslam təmayüllü icmanın hamısına ümumilikdə 400 min manat vəsait ayrılıb.

Artıq ayrılmış vəsaitlərin müvafiq qurumlara köçürülməsi işi yekunlaşmaq üzrədir.

Qeyd edək ki, 400 min manat bu qeyri-islam təmayüllü dini icmalar arasında bölüşdürülüb:

Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyası;
Bakı şəhəri Dağ Yəhudiləri dini icması;
Quba rayonu, Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icması;
Avropa Yəhudilərinin Bakı dini icması;
Azərbaycan Yəhudiləri dini icması;
“Sumqayıt Yəhudiləri”dini icması;
Gürcü Yəhudilərinin Bakı dini icması;
“Roma-Katolik Kilsəsinin Apostol Prefekturası”;
Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması;
Svetlana Ağababayeva - Oğuz şəhəri Alban-Udi Xristian dini icması;
Qax rayonu, Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icması;
Qax rayonu, Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icması;
Bakı şəhəri “Molokan ruhani-xristian” dini icması;
Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icması;
Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icması;
“Yeni Həyat” xristian İncil dini icması;
Xilaskar Yevangelik Lüteranların Bakı dini icması;
Bakı Krişna Şüuru dini icması.






26 Dekabr, 2011  23:10 Baxılıb: 1016 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner