Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Bəxtiyar Hacıyev “üçdə-bir”lə azadlığa buraxıla bilər” - açıqlama

Onun məhkəmə prosesi həbsxanada keçirilir 

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəzasının üçdə bir hissəsini çəkmiş Bəxtiyar Hacıyev azadlığa buraxıla bilər. 

Bu barədə Simsar.az-a onun hüquqlarını müdafiə edən hüquqşünas İntiqam Əliyev məlumat verib.

Vəkillər onun cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü - azadlıqdan şərti mərhum etmə ilə əvəzlənməsi üçün Qaradağ Rayon Məhkəməsinə müraciət ediblər. Müraciət üzrə məhkəmə baxışı dekabrın 29-na təyin edilib. 

İ.Əliyev bildirib ki, həbsxana müdiriyyəti Hacıyevin ərizəsini iki həftədən çox saxlayaraq məhkəməyə göndərməyib. Qaradağ Rayon Məhkəməsində keçiriləcək proses barədə bildiriş cəzaçəkmə müəssisəsinə dekabrın 20-də daxil olsa da, məhkumun israrlı tələblərindən sonra sənəd ona 23-də təqdim edilib.

Hüquqşünas bunları qərəz kimi qiymətləndirir və qanunsuzluq edən şəxslərin məsuliyyətə cəlb olunması barədə məsələ qaldırmağa hazırlaşdıqlarını bildirib.

Prosesin özünə gəldikdə, hüquqşünas qeyd edib ki, Cinayət Məcəlləsinin 76 və 77-ci, Cinayət Prosessual Məcəlləsinin 509-520, Cəzaların İcrası Məcəlləsinin 170-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra, cəza çəkdiyi dövrdə davranışı normal olubsa, məhkəmə onun cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.

İ.Əliyev vurğulayıb ki, B.Hacıyevin cəza çəkdiyi dövrdə davranışı nümunəvi olub, cəzaçəkmə qaydalarının pozuntusuna səbəb olan hər hansı pozuntuya yol verməyib.

İ.Əliyev bildirib ki, məhkəmə bildirişində prosesin nə vaxt və harada keçirildiyi yazılmasa da, prosesin səyyar keçirildiyi barədə məlumat var: “Prosesin həbsxanada keçirilməsi məhkəmənin açıqlığı prinsipinin pozuntusudur. Prinsipcə, təhlükəsizlik mülahizələri səbəbi ilə məhkəmələrin həbsxanalarda keçirilməsinə həm ölkə, həm də beynəlxalq qanunvericilik yol verir. Amma bunun üçün ciddi əsaslar göstərilməlidir. Hacıyevin işində belə əsaslar yoxdur. O, nə Abdullah Öcalandır, nə də Səddam Hüseyn”.

RUSLAN






26 Dekabr, 2011  23:05 Baxılıb: 1025 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner