Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

HÜSEYNQULU BAĞIROV 5 İRİ ŞİRKƏTİ CƏRİMƏLƏDİ

BP isə məhkəməyə verildi 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumları tərəfindən iri müəssisə və təşkilatlarda aparılmış monitorinqlərin nəticələri və Dövlət Ekspertiza İdarəsi tərəfindən verilən ekspertiza rəylərinin yerlərdə yerinə yetirilməsinin icra vəziyyəti araşdırılıb. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşlarının bu il ərzində apardıqları zamanı atmosfer havasına və ətraf əraziyə atdıqları zərərli maddələrə görə ARDNŞ-ın “Balaxanıneft”, “H.Z.Tağıyev”, “Bibiheybət”, “Siyəzənneft”, “Ə.Əmirov” NQÇİ-lərinə 21420 manat, “Qarasu” Əməliyyat Şirkətinə 7500 manat, Kompleks Qazma İşləri Trestinin Abşeron Qazma İşləri İdarəsinə 12490 manat ödəmələr tətbiq olunub və ödənilib.
“Neft Daşları”, “28 May”, “Abşeronneft” NQÇİ-lərdən atmosfer havasına atdıqları zərərli maddələrə və Xəzər dənizinə istehsalat sularının axıdılmasına görə “Azneft” İB-nə 35730 manat ödəmə tətbiq olunub, ondan 11730 manatın ödənilməsi təmin edilib.
Ətraf mühitə atılan zərərli maddələrə görə Dərin Özüllər Zavoduna 3083 manat, Geofizika və Geologiya İdarələrinə 1032 manat, Qaz Emalı Zavoduna 2926 manat, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə 3920 manat, Sosial İnkişaf İdarəsinə 5029 manat, “Xəzərdənizneftdonanma” İdarəsinə 4779 manat, “Baku Stell Company” MMC-yə 2857,3 manat, “Qafqaz Trans Services” MMC-yə 3057,5 manat, “Azərkimya” İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən 5 müəssisəsinə 4170 manat məbləğində ödəmə tətbiq edilib və müəssisələr tərəfindən vəsaitin ödənilməsi təmin olunub.
Ətraf su mühitinə atılan zərərli maddələrə görə “Neftçala Operatinq Company LTD” Şirkətinə 7300 manat, “Suraxanı Oil Operating Company S.A.” Şirkətinə 10057 manat, “AzGerneft” MMC-yə 6250 manat məbləğində ödəmə tətbiq edilib və ödənilib.
Ətraf mühitə atılan tullantılara görə “Likoyl-Azərbaycan” QSC-yə 876,4 manat, “Azpetrol LTD” MMC-yə isə 1470,8 manat məbləğində ödəmə tətbiq edilib və ödənilməsi təmin olunub.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Dərin Sulu Günəşli və Şahdəniz yataqlarında yerləşən platformalarda formalaşan məişət-təsərrüfat və istehsalat yönümlü qarışıq mənşəli tullantı sularının Xəzər dənizinə axıdılmasına, həmçinin qazma işləri zamanı əmələ gələn qazma şlamının düzgün utilizasiya edilməməsinə görə “BP” şirkətinə konkret faktlar üzrə iddialar qaldırılıb. Hazırda qaldırılan iddialarla bağlı Şirkətin bu sahə ilə məşğul olan mütəxəssisləri və müvafiq qurumları ilə müzakirələr aparılır.
Çatışmazlıqların aradan qaldırılması məqsədilə ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yuxarıda adı çəkilən müəssisə rəhbərliklərinə icrası məcburi olan “Məcburi göstəriş”lər verilib.






26 Dekabr, 2011  19:24 Baxılıb: 1208 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner