Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

2012-ci il Dikkenz ili elan olunub

2012-ci ildə dahi ingilis yazarı Çarlz Dikkenzin anadan olmasının 200 illiyidir.

“British Council” yubiley münasibətilə 2012-ci ili Azərbaycanda Dikens ili elan edərək, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birgə bir sıra layihələr gerçəkləşdirəcək.
 Teatrın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, sözügedən təşkilatlar Dikkenz ili çərçivəsində “Park Bulvar” AVM-lə birlikdə bir sıra tədbir və fəaliyyət proqramlarını tərtib edib. Dikkenz ili çərçivəsində teatrın repertuarında olan “Oliver Tvistin macəraları” “Dikkenz 2012-ci il” çərçivəsində nümayiş etdiriləcək, bundan başqa İngilis dilinin tədrisi, təhsil və incəsənət tədbirləri, foto sərgiləri, film nümayişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Fotosərgilər gənc fotoqrafları ruhlandırmaq üçün Dikkenzin həyat və yaradıcılığına həsr olunacaq. 2011-ci il dekabr ayından, 2012-ci il fevral ayına kimi Bakıdakı bir sıra məktəb və ali təhsil ocaqlarında “Oliver!” və “Böyük Ümidlər” filmləri göstəriləcək. Fevral ayında Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” salonunda görkəmli yazarın əsərlərinin qəhrəmanlarından ibarət tədbirdə mükafatlandırma mərasimi keçiriləcək. 


 Qeyd edək ki, Dikkenz ilinin Azərbaycanda keçirilməsinin əsas məqsədi Çarls Dikkenz yaradıcılıq irsinin yada salınması, həyat və yaradıcılığına aid müxtəlif mövzulara dair tədbirlərlə İngiltərə ədəbiyyatının ən tananmış şəxsiyyətlərindən biri haqqında oxucuları və tamaşaçıları məlumatlandırmaqdan ibarətdir.






26 Dekabr, 2011  19:06 Baxılıb: 1167 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner