Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ECAC və İCAO-a Xocalıda qanunsuz aeroport tikildiyi bildirilib

Avropa Komissiyası 2012-ci ildə Azərbaycanla "Birgə səma" Sazişi ilə bağlı danışıqlara başlamaq təklifini irəli sürüb

Azərbaycan işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı aeroportunda ermənilər tərəfindən qanunsuz tikinti işlərinin aparılması ilə bağlı məsələni Avropa Mülki Aviasiya Konfransının (ECAC) və Beynəlxalq Mülki Aviasiya Təşkilatının Avropa və Şimali Atlantika Bürosunun (İCAO) rəhbərliyinin diqqətinə çatdırıb. Bu barədə APA-ya Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından (DMAA) məlumat verilib.


Administrasiyanın direktoru Arif Məmmədov dekabrın 14 və 15-də ECAC-ın Fransanın paytaxtı Parisdə keçirilmiş 137-ci müşavirəsində iştirakı çərçivəsində ECAC-ın prezidenti Katalin Radu və İCAO-nun Avropa və Şimali Atlantika Bürosunun direktoru Luis Fonseka de Almeyda ilə görüşüb. ECAC prezidenti ilə görüşü zamanı DMAA direktoru əsas diqqəti Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportunda qanunsuz tikinti işlərinin aparılmasına yönəldərək, bu məsələyə dair Azərbaycan mülki aviasiyasının mövqeyini izah edib. Müəyyən dairələrin regionda uçuşların təhlükəsizliyinə xələl gətirmək cəhdləri ilə bağlı Azərbaycan tərəfinin narahatlığı ECAC rəhbərliyinin nəzərinə çatdırılıb.


İCAO-nun Avropa və Şimali Atlantika Bürosunun direktoru Luis Fonseka de Almeyda ilə görüşdə A. Məmmədov müvafiq icazələr olmadan Xocalı aeroportuna uçuşların qarşısının alınması məsələsində təşkilatın rolunu qeyd edib. Azərbaycan tərəfi bir sıra aviaşirkətlərin sözügedən aeroporta hava yolu açmaq niyyətlərinin regional uçuşlar üçün artan təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb. Tərəflər Beynəlxalq mülki aviasiya haqqında konvensiyanın müddəalarına uyğun hərəkət edərək, bu məsələyə dair məsləhətləşmələri Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipi əsasında davam etdirmək qərarına gəliblər.


Qeyd edək ki, Sammitdə Avropa Komissiyası 2012-ci ilin əvvəllərində Azərbaycanla "Birgə səma" Sazişi ilə bağlı danışıqlara başlamaq təklifi ilə çıxış edib.


Xatırladaq ki, ermənilər 2008-ci ildə Xocalı aeroportunun əsas binasının tikintisinə başlayıblar. Aeroportun açılışı bu il may ayının 9-na planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası isə bəyan edib ki, işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və Xankəndinə digər ölkələrdən rəsmi Bakının icazəsi olmadan təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirləri görəcəyini bildirib.






26 Dekabr, 2011  17:30 Baxılıb: 917 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner